Qalkinin İstanbuldakı konserti ləğv edildi
24 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
394
11.08.2026, 18:25
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onun indiki gəlini Aysel barədə polisə şikayət edib.
Oxu24.com xəbər verir ki, Canana Axşam.az-a açıqlamasında Ayselin sosial şəbəkələrdə saxta profillərlə ona və övladlarına qarşı təhqiramiz ifadələr yazdığını iddia edib. O bildirib ki, Aysel ona vatsapp vasitəsilə də eyni xoşagəlməz mesajları göndərib:
“Başımı aşağı salıb, uşaqlarımı böyüdürəm. Dəfələrlə Mətanət xanıma, keçmiş ərimə dedim ki, bunları yığışdırın. Övladımı təhqir edə bilər? Övladıma, anamın ünvanına söyüş söyən şəxsi qanun qarşısında cəzalandıracağam. Xəbərdarlıq etdim, amma yenə bildiyini etdi. Əlimdə sübutlar var. 27-ci polis bölməsinə bütün sübutları vermişəm. İşə baxılmadı, yenidən baxılması üçün müraciət etdim.
Uşaqlarım təhqir edilib, anamın qəbrinə, özümə qarşı təhqiramiz ifadələr işlədilib. Sosial şəbəkədə saxta adlarla qeydiyyatdan keçib, mənə nə gəldi yazıb. Onu “qara siyahı”ya atmışam. Eyni sözləri vatsapda da yazdığına görə, bilirəm ki, bunu edən odur. Mənə “yetimçələrini götür” deyib. Övladlarıma necə “yetim” deyə bilərsən? Onun anası da var, atası da, nənəsi də”.
Canana bildirib ki, keçmiş həyat yoldaşı Kərimin hazırki xanımı əvvəl onun övladlarına yaxşı baxıb:
“Əvvəl münasibəti yaxşı idi, sonra övladlarıma qarşı tamam dəyişdi. Mətanət xanımın da bundan xəbəri var. Sonuncu dəfə onun konsertində olanda söz verdim ki, mənim üçün artıq yoxsunuz. Amma övladlarım üçün onlar var. Mən uşaqlarım o evdə qalsın deyə hər şeydən imtina etdim. 350 min puldan imtina etdim ki, uşaqlarım istəyən olsun. Aliment də almıram. Uşaqlar istəyəndə mənim, istəyəndə Mətanət xanımın yanına gedirlər”.
Qeyd edək ki, Kərim bir neçə il əvvəl Cananadan boşanıb. Onların bu evlilikdən 3 övladı var. Kərim hazırda Aysel adlı xanımla ailəlidir və onların 2 övladı var.
04:25 / 31 Oktyabr 2026
134
00:59 / 31 Oktyabr 2026
105
00:50 / 31 Oktyabr 2026
380
00:24 / 31 Oktyabr 2026
130
00:18 / 31 Oktyabr 2026
248
00:07 / 31 Oktyabr 2026
112
00:03 / 31 Oktyabr 2026
636
00:02 / 31 Oktyabr 2026
147
23:56 / 30 Oktyabr 2026
108
23:46 / 30 Oktyabr 2026
100
23:44 / 30 Oktyabr 2026
145
23:32 / 30 Oktyabr 2026
257
23:31 / 30 Oktyabr 2026
102
23:28 / 30 Oktyabr 2026
105
23:23 / 30 Oktyabr 2026
109
23:19 / 30 Oktyabr 2026
125
23:19 / 30 Oktyabr 2026
88
23:08 / 30 Oktyabr 2026
295
23:01 / 30 Oktyabr 2026
119
23:01 / 30 Oktyabr 2026
740
22:55 / 30 Oktyabr 2026
1473
22:49 / 30 Oktyabr 2026
226
22:42 / 30 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.