Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
934
20.11.2021, 19:21
Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.
Oxu24.com-un məlumatına görə , toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbir iştirakçılarını salamlayan Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Qılıncoynatma Federasiyasının üzvlərinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. Mikayıl Cabbarov Azərbaycan qılıncoynatma ailəsinin üzvü kimi böyük fəxr hissi ilə bildirib ki, son 4 il ərzində dövlət başçısının dəstəyi ilə bu sahədə irəliləyişə nail olunub. O, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rolunu xüsusilə vurğulayıb. Milli komandamızın üzvü Anna Baştanın 23 yaşadək sablyaçılar arasında Avropa çempionluğu, idmançımızın TOKİO-2020 Yay Olimpiya Oyunlarında iştirakı, sablyaçımız Zərifə Hüseynova, şpaqaçımız Ruslan Həsənovun yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanması, bu idman növünün kütləviliyi istiqamətində atılan addımlar, yeni qılıncoynatma zallarının istifadəyə verilməsi və əldə olunan nailiyyətləri son 4 ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. Mikayıl Cabbarov çıxışının sonunda növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.
Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilbi.
Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.
17:14 / 09 Noyabr 2026
9
16:56 / 09 Noyabr 2026
102
16:53 / 09 Noyabr 2026
137
16:43 / 09 Noyabr 2026
72
16:37 / 09 Noyabr 2026
87
16:32 / 09 Noyabr 2026
64
16:28 / 09 Noyabr 2026
73
16:25 / 09 Noyabr 2026
166
16:23 / 09 Noyabr 2026
100
16:19 / 09 Noyabr 2026
113
16:06 / 09 Noyabr 2026
236
15:54 / 09 Noyabr 2026
600
15:49 / 09 Noyabr 2026
89
15:47 / 09 Noyabr 2026
216
15:45 / 09 Noyabr 2026
320
15:40 / 09 Noyabr 2026
1515
15:34 / 09 Noyabr 2026
84
15:23 / 09 Noyabr 2026
112
15:13 / 09 Noyabr 2026
129
15:05 / 09 Noyabr 2026
718
15:00 / 09 Noyabr 2026
141
14:58 / 09 Noyabr 2026
105
14:55 / 09 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.