Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Ermənistan MSK -sı nəticələrin bir hissəsin açıqladı

SON DƏQIQƏ! Ermənistan MSK -sı nəticələrin bir hissəsin açıqladı

SON DƏQİQƏ

2030

21.06.2021, 07:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məntəqələrin 75,9%-də, yəni 2008 seçki məntəqəsindən 1525-də toplanmış bülletenlərin sayılmasından sonra növbəti rəqəmləri açıqlayıb.
Oxu24.com xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin 55,61% seçici səsi toplayıb. İkinci yerdə 20,01% seçici səsini qazanan eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb. “Mənim şərəfim var” blokuna 5,39% (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 4,59% seçici səs verib.
Qalanları isə 3% belə səs toplaya bilməyib.