Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3542
17.03.2021, 13:14
"Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 19" ünvanında yerləşən Humanitar kollecin (keçmiş Mədəni Maarif Texnikumu) yataqxanasının həyətində bir birinə bitişik, kustar üsulla taxta materialdan inşa edilmiş tikililərdə yanğın olub, nəticədə 150 kv metr sahə yanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
"Komitənin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində obyektdə müvəqqəti məskunlaşmış 5 məcburi köçkün ailəsi və bir Tərtər rayon sakininin mənzilində yanğın olduğu məlum olub. Mənzillərinə ziyan dəymiş məcburi köçkün ailələrinin üçü Ağdam, ikisi Füzuli rayon sakinidir. Yanğın nəticəsində, ümumilikdə altı mənzilə ziyan dəyib. Füzuli rayon sakini Quliyev Hikmət Fazil oğlunun, Ağdam rayon sakinləri Əliyev Ramiz Balakişi oğlu və Həsənov Azər Fazil oğlunun yaşayış sahəsinə, Ağdam rayon sakini Hüseynov Cahankeş Nüsrət oğlunun qeyri-yaşayış sahəsinə ziyan dəyib. Füzuli rayon sakini Qasımov Ramil Amil oğlu həmin ünvanda yaşamır. O, Koroğlu Rəhimov küçəsində yerləşən fərdi mənzildə qeydiyyatdadır.
Füzuli rayon sakininə "Zobucuq-5" qəsəbəsində, Ağdam rayon sakinlərinə isə Quzanlıda yerləşən qəsəbədə mənzil təklif edilib, lakin onlar bundan imtina ediblər. Yanğın baş vermiş ərazidə 300 ailə müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri, eyni zamanda yataqxana yanğından mühafizə olunub.Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır", - məlumatda bildirilib.
11:21 / 13 Noyabr 2026
21
11:15 / 13 Noyabr 2026
37
11:12 / 13 Noyabr 2026
42
11:00 / 13 Noyabr 2026
54
10:50 / 13 Noyabr 2026
54
10:45 / 13 Noyabr 2026
56
10:39 / 13 Noyabr 2026
65
10:25 / 13 Noyabr 2026
85
10:22 / 13 Noyabr 2026
96
10:20 / 13 Noyabr 2026
72
10:08 / 13 Noyabr 2026
287
10:02 / 13 Noyabr 2026
78
09:51 / 13 Noyabr 2026
143
09:46 / 13 Noyabr 2026
971
09:44 / 13 Noyabr 2026
132
09:38 / 13 Noyabr 2026
103
09:34 / 13 Noyabr 2026
147
09:33 / 13 Noyabr 2026
84
09:31 / 13 Noyabr 2026
96
01:52 / 13 Noyabr 2026
300
01:49 / 13 Noyabr 2026
870
01:42 / 13 Noyabr 2026
79
00:49 / 13 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.