Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA
12 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
48
12.11.2026, 23:19
Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkündürsə, banklar kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəliri nəzərə ala bilməyəcəklər. Bu isə bəzi vətəndaşların əvvəlki qaydada kredit əldə etməsini çətinləşdirə bilər.
Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.
Yeni qərara əsasən, borcalanın gəlirləri müvafiq sənədlərlə – əməkhaqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurum tərəfindən pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya digər gəlir sənədləri ilə müəyyən edilə bilirsə, bank həmin şəxsə kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəlirdən istifadə edə bilməyəcək.
Eyni qayda borcalanın gəlirləri dövlət informasiya ehtiyatları və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən edilə bildikdə də tətbiq olunacaq. Əvvəllər banklar bəzi hallarda müştərilərin gəlirlərini onların bank əməliyyatları, xərcləri və digər maliyyə davranışları əsasında da qiymətləndirə bilirdilər. Bu zaman rəsmi əməkhaqqından əlavə əldə edilən ehtimal olunan gəlirlər də kredit məbləğinin müəyyənləşdirilməsində rol oynaya bilirdi.
Bəs yeni qərar vətəndaşların kredit əldə etmək imkanlarına necə təsir edəcək?
Oxu24.com bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında bildirib ki, yeni qərar vətəndaşların kredit əldə etmək imkanlarına mənfi təsir göstərəcək.
Ekspertin sözlərinə görə, buna misal olaraq əlavə repetitor fəaliyyəti ilə məşğul olan müəllimləri göstərmək olar: "Belə ki, orta məktəb müəllimlərinin rəsmi əməkhaqqı ilə yanaşı, repetitorluqdan əldə etdikləri əlavə gəlirlər də olur. Banklar kredit müraciətlərinə baxarkən müəllimin hansı fənni tədris etdiyini və əlavə hazırlıq fəaliyyəti ilə məşğul olub-olmadığını nəzərə alaraq onun gəlirlərini daha yüksək qiymətləndirə bilirdilər. Məsələn, ingilis dili, tarix, kimya, riyaziyyat və digər fənlər üzrə repetitorluq edən müəllimlərin əlavə qazanc əldə etmək imkanları var. Banklar da bu amili nəzərə alaraq onlara yalnız rəsmi əməkhaqqına deyil, ehtimal olunan əlavə gəlirlərinə uyğun kredit məbləği təklif edə bilirdilər".
Ə. Həsənovun fikrincə, yeni qaydadan sonra banklar bu cür yanaşmadan istifadə edə bilməyəcəklər: "Çünki müəllimin əlavə gəlirləri rəsmi sənədlərlə təsdiqlənmədiyi halda, həmin gəlirləri davranış modeli əsasında hesablayaraq daha yüksək məbləğdə kredit vermək banklar üçün problem yarada bilər. Belə hallarda banklar Mərkəzi Bankın iradları ilə qarşılaşa bilərlər".
23:53 / 12 Noyabr 2026
4
23:40 / 12 Noyabr 2026
57
23:34 / 12 Noyabr 2026
55
23:24 / 12 Noyabr 2026
216
23:20 / 12 Noyabr 2026
63
23:18 / 12 Noyabr 2026
65
23:12 / 12 Noyabr 2026
67
23:03 / 12 Noyabr 2026
76
23:02 / 12 Noyabr 2026
161
22:59 / 12 Noyabr 2026
73
22:55 / 12 Noyabr 2026
85
22:49 / 12 Noyabr 2026
100
22:40 / 12 Noyabr 2026
78
22:24 / 12 Noyabr 2026
141
22:21 / 12 Noyabr 2026
87
22:13 / 12 Noyabr 2026
101
21:55 / 12 Noyabr 2026
96
21:39 / 12 Noyabr 2026
103
21:26 / 12 Noyabr 2026
1149
21:19 / 12 Noyabr 2026
113
21:04 / 12 Noyabr 2026
110
20:55 / 12 Noyabr 2026
382
20:42 / 12 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.