Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1333
19.05.2020, 16:13
Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus pandemiyasından zərər çəkmiş biznes subyektlərinə birgə maliyyə dəstəyi göstərirlər.
Oxu24.com bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatda deyirlir ki, Azərbaycan Mərkəzi Bankı pandemiya şəraitində biznes və əhaliyə dəstəyin göstərilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. Bu istiqamətdə mühüm yeniliklərdən biri də Mərkəzi Bankın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiqidir. Bu məqsədlə Koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 mln. ABŞ dolları olan svop müqaviləsi bağlanıb. Bununla da AYİB yerli valyutaya etibarlı çıxış imkanı əldə etməklə yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstərməyə yeni imkanlar əldə edəcək. Bu məbləğin 50 milyon ABŞ dolları, yəni 85 milyon manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur.
"Mərkəzi Bank və AYİB arasında əldə edilmiş bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcək. Bu, Mərkəzi Bank tərəfindən beynəlxalq müstəvidə həyata keçirilən strategiyanın, beynəlxalq maliyyə təşkilatları ilə olan sıx əməkdaşlığın və törəmə maliyyə alətləri üzrə beynəlxalq çərçivə razılaşmasının ölkəmizin pul və kapital bazarında tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.",-deyə məlumatda qeyd olunub.
Məlumatda deyilri ki, eyni zamanda, Azərbaycan kapital bazarının inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank ilə AYİB arasında yerli bazarda manatda istiqraz emissiyasının həyata keçirilməsi və törəmə maliyyə alətləri bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə əməkdaşlıq davam etdirilir.
Qeyd etmək lazımdır ki, AYİB Azərbaycan ilə uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirir. Bugünədək AYİB Azərbaycan iqtisadiyyatına 170 layihə üzrə 3,3 mlrd. avro vəsait investisiya edib. AYİB, həmçinin, kiçik və orta sahibkarlıq subyektlərinə biznes məsləhət xidmətləri də göstərir və 1000-dən çox şirkətin maliyyə nəticələrinin və inkişafının təkmilləşdirilməsi istiqamətində texniki dəstək göstərib.
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.