SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
636
19.05.2020, 15:24
AMEA-nın Dendrologiya İnstitutunun Bitkilərin mühafizəsi laboratoriyasının əməkdaşları tərəfindən meşə landşaftlarının bioloji müxtəlifliyinin monitorinqi aparılır.
Akademiyadan Oxu24.com-a bildirilib ki, institutun mütəxəssislərinin qənaətinə görə Alismataceae (Süsənbərçiçəklilər), Aquifoliaceae (Şümşəkimilər), Balsaminaceae (Balzaminkimilər), Buxaceae (Şümşətçiçəklilər), Cannabaceae (Kənafkimilər), Caryophyllaceae (Qərənfilçiçəklilər) fəsilələrin də daxil olduğu ümumilikdə 42 fəsilə Azərbaycanın meşə landşaftlarında zəif və həssas hesab olunur.
Bu fəsilələr çox az sayda növlərlə təmsil olunduqlarından, iqlim dəyişmələri şəraitində mühitin əlverişsizliyi, bu növlərin məhv olması, floradan bütöv cins və fəsilənin silinməsinə səbəb ola bilər.
Həmçinin oxuyun
Bu növlərin status və kateqoriyası müəyyən edildikdən sonra onların park və bağlarda çoxaldılması haqqında tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Bildirilib ki, meşə landşaftlarının flora müxtəlifliyi üzrə tədqiqatların ilk nəticələrində ölkəmizin meşə landşaftlarında 96 fəsiləyə aid 749 bitki növünün taksonomik strukturu, bioekoloji xüsusiyyətləri, iqlim dəyişkənliyi şəraitində rezistentliyi müəyyənləşdirilib, fotomateriallar toplanıb. Landşafta əsasən, düzənlik, dağlıq, arid və tuqay meşələrində Rosaceae (Gülçiçəklilər), Asteraceae (Asterçiçəklilər), Labiatae (Dodaqçiçəklilər), Orchidaceae (Səhləbçiçəklilər), Cyperaceae (Cilçiçəklilər), Fabaceae (Paxlalılar), Apiaceae (Çətirçiçəklilər), Poaceae (Taxıllar), Ranunculaceae (Qaymaqçiçəklilər), Boraginaceae (Göyzəbankimilər) fəsilələrinə aid 155 cins, 452 növ aşkar edilib. Məlum olub ki, zəngin cins və növ müxtəlifliyinə malik olduqlarından bu növlər Azərbaycanın meşə landşaftları florasının inkişafda olan, təhlükəsiz növləridir.
23:58 / 09 May 2026
17
23:55 / 09 May 2026
24
23:54 / 09 May 2026
24
23:52 / 09 May 2026
20
23:46 / 09 May 2026
130
23:44 / 09 May 2026
30
23:27 / 09 May 2026
140
23:04 / 09 May 2026
134
22:56 / 09 May 2026
51
22:42 / 09 May 2026
166
22:10 / 09 May 2026
178
21:38 / 09 May 2026
164
21:22 / 09 May 2026
162
21:02 / 09 May 2026
173
20:41 / 09 May 2026
67
20:21 / 09 May 2026
72
20:08 / 09 May 2026
79
19:47 / 09 May 2026
68
19:35 / 09 May 2026
86
19:22 / 09 May 2026
77
18:44 / 09 May 2026
83
18:26 / 09 May 2026
87
18:12 / 09 May 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.