Qaynar xətt:

(+99450) 247 90 86

"Barbar Putin ukraynalıların və Qərbin qətiyyətini lazımınca dəyərləndirmədi..."

\\\"Barbar Putin ukraynalıların və Qərbin qətiyyətini lazımınca dəyərləndirmədi...\\\"

SİYASƏT

501

01.03.2022, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Conson bundan sonra da Rusiya rejimininın nəfəsini kəsməyi vəd edir...
 

Böyük Britaiyanın baş naziri avropalı həmkarlarına, bütün mürəkkəbliklərə rəğmən, Rusiya qazı və neftindən imtina etmək barədə çağırış edib.
 
OXU24.COM xəbər verir ki, Polşada Avropa müttəfiqləri ilə görüşdə çıxış edərək, o, vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın dinc sakinlərinə qarşı "barbar hərəkətlərə" yol verir, bu zaman Ukrayna xalqının mübarizəyə hazır olduğunu və Qərbin qətiyyətini "ölümcül olaraq dəyərləndirməyib".
 
Rusiya ilə Ukrayna arasında mümkün güzəşt barədə suala cavab verərkən Conson qeyd edib ki, Rusiya prezidentinin törətdiklərindən sonra Putini qanuni həmsöhbət kimi qəbul etmək çox çətindir.
 
Conson bəyan edib ki, tətbiq edilən sanksiyalara əlavə olaraq London beynəlxalq SWIFT ödəmə sistemindən daha çox Rusiya banklarının çıxarılmasını dəstəkləyir və onların aktivlərini ölkə daxilində donduracaq, həmçinin Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması haqqında tövsiyəni nəzərdən keçirir.
 
Britaniyanın baş naziri digər təzyiq tədbirlərini də istisna etməyib.
 
O, həmçinin deyib ki, Böyük Britaniya Ukraynaya humanitar yardım üçün 220 milyon funt (300 milyon dollar) ayırıb.
 
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass qeyd edib ki, gələcək sanksiyaların müzakirəsindən hec nə istisna edilməməlidir. 
 
"Putinin əlləri təkcə günahsız ukraynalıların deyil, onun ölümə göndərdiklərinin də qanına batıb",- Trass belə deyib.