Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya 2 döyüş maşınının vurulması barədə məlumat yaydı - 5 əsgər ölüb

Rusiya 2 döyüş maşınının vurulması barədə məlumat yaydı - 5 əsgər ölüb

SİYASƏT

419

21.02.2022, 19:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya hərbçiləri və sərhədçiləri Ukrayna ərazisindən gələn təxribat-kəşfiyyat qrupunun dövlət sərhədini pozmasının qarşısını alıblar. Regionxeberleri.com AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

- Cənub Hərbi Dairəsinin bölməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd dəstəsi ilə birlikdə təxribat-kəşfiyyat qrupunun Ukrayna ərazisindən dövlət sərhədini pozmasının qarşısını alıb,-məlumatda deyilir.

Qeyd edilir ki, atışma zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus iki döyüş maşını diversantları təxliyə etmək üçün Rusiya ərazisinə daxil olub. Nəticədə hər iki avtomobil vurulub.

- Ukrayna Silahlı Qüvvələrinin 5 əsgəri həlak olub, Rusiya hərbçiləri arasında itki yoxdur,-yerli media Cənub Hərbi Dairəsinə istinadən yazıb.