Xankəndidən ucalan tarixi müraciət şanlı Zəfərin və böyük Qələbənin rəmzidir - ŞƏRH
09 Noyabr 2026, 17:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
591
20.11.2021, 09:44
Əliyevlə Paşinyan dekabrın 15-də Brüsseldə görüşəcək: Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq görüşün təşəbbüskarı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir.
Mişel Əliyev və Paşinyanla telefon danışığı aparıb və ilk razılığa vasitəçilik edib: Bakı və İrəvan toqquşmaların qarşısını almaq məqsədilə müdafiə nazirlərinin birbaşa əlaqə yaratması üzərində razılaşıblar;
Müdafiə nazirlərinin birbaşa əlaqə yaratması təkcə insidentlərin qarşısını almaq yox, həm də Bakı-İrəvan xəttində postmünaqişə dövrü üçün vacib olan münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir. Bu, sonrakı dövrdə iki ölkəyə heç bir vasitəçi olmadan müzakirələr aparmaq imkanı verir və hər iki tərəfin maraqlarına uyğundur, xüsusilə Rusiyanın vasitəçilik adı ilə həyata keçirdiyi siyasət fonunda. Bu məsələdə Brüsselin vasitəsilə, yəni Rusiyasız razılaşma əldə olunması da diqqət çəkir. Çünki Moskva birbaşa təmasda heç vaxt maraqlı olmayıb.
Brüsseldə Əliyev-Paşinyan görüşünün təşkili Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmaq, bunun üzərindən bölgədəki güc balansında yerini tutmaq niyyətindən qaynaqlanır. Bakı razıdır, Əliyev demarkasiya-delimitasi prosesində İttifaqın texniki və mütəxəssis dəstəyindən yararlanmaq istədiklərini açıqlamışdı. Paşinyan da Brüsselin prosesdə iştirakında maraqlıdır.
Və hər iki tərəf üçün bundan Rusiyanın vasitəçiliyi qarşısına alternativ çıxarmaq, Moskvanın qurduğu masalarda maraqlarını müdafiə etmək üçün istifadə edə bilər.
Görüşdə bir neçə məsələ prioritet ola bilər:
- Aİ-nin sərhədin müəyyənləşməsi prosesində hansısa formada iştirakı;
- Brüsselin humanitar məsələlərdə vasitəçiliyi: saxlanılan ermənilərlə mina xəritələrinin dəyişdirilməsi və s;
Görüşün keçirilməsi iki kontekstdə xüsusilə diqqət çəkir:
Birincisi, müharibədən sonra Əliyevlə Paşinyan ilk dəfə Rusiyanın vasitəçiliyindən kənarda bir araya gəlir;
İkincisi, müharibənin ildönümündə üçtərəfli görüş planı baş tutmayan Moskvanı Brüssel – Qərb qabaqlayır;
Rusiya buna seyrçi qalacaqmı?
Mümkündür ki, Rusiya Brüssel görüşünə qədər (15 dekabr) Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni edəcək. Və kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Aİ-ni ofsayta salacaq.
17:22 / 09 Noyabr 2026
1
17:14 / 09 Noyabr 2026
35
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.