Qaynar xətt:

(+99450) 247 90 86

Bəşər Əsəd iranlı generalı qovdu

Bəşər Əsəd iranlı generalı qovdu

SİYASƏT

499

12.11.2021, 00:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dəməşqdəki bəzi mənbələr Bəşar Əsədin Suriyanın suverenliyinin (hakimiyyət hüququ) İran gücləri tərəfindən pozulmasına etiraz etiyini deyiblər.

SEPAH-ın Suriyadakı yüksək rütbəli komandanı Cavad Ğəffari Suriya prezidenti Bəşar Əsədin əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

Məlumatı noyabrın 9-da "Əl-Ərəbiyyə" televizyonu yayıb. Xəbərə görə, Əsəd hökuməti rəsmilərinin Ğəffarinın bəzi addımları ilə bağlı ciddi problemləri olub.

"Əl-Ərəbiyyə"nin məlumatında qeyd olunur ki, Ğəffari müxtəlif malları qaçaq yollarla Suriyaya gətirib və Suriya bazarı ilə rəqabətə girəcək qara silah bazarı yaradıb.

"Əl-Hədəs" televizyonunun məlumatına görə isə, Suriya hökuməti İran güclərini Suriya hökumətinə heç bir vergi ödəmədən ölkənin təbii sərvətlərindən və iqtisadiyyatından öz xeyrinə faydalanmaqda ittiham edib.

"Əl-Hədəs" televizyonunun məlumatında habelə qeyd olunur ki, Amerika və İsrailə qarşı bir sıra hücumların Suriyadan həyata keçirilməsində Ğəffarinin rolu olub. Hətta, bu hücumlardan bəziləri olduqca təhlükəli və bölgədə istənməyən müharibəyə səbəb olacaq tərzdə olub. Bura oktyabrın 20-də Amerika qüvvələrinə hücum da şamildir.

Xatırladaq ki, Suriya prezidenti Bəşar Əsəd İran rejimindən uzaqlaşmaq üçün son vaxtlarda bir sıra Ərəb ölkələri ilə yaxınlaşmağa başlayıb.