Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL
11 Noyabr 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
4403
02.07.2021, 09:20
Prezident İlham Əliyev iğaldan azad olunan ərazilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncama əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.
Sərəncamla Prezidentin əlavəsini hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 il müddətində Daxili İşlər Nazirliyi ödəyəcək.
Prezidentin əlavəsinin ödənilməsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.3.5.2-ci “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitin, növbəti illərdə isə dövlət büdcəsinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin saxlanılması xərclərində nəzərə alınması hesabına təmin ediləcək.
Prezidentin əlavəsi hərbi qulluqçulara onların Daxili İşlər Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmış sayına və tərkibinə uyğun olaraq ödəniləcək.
Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncam iyulun 1-dən qüvvəyə minir.
21:14 / 11 Noyabr 2026
91
21:08 / 11 Noyabr 2026
150
21:05 / 11 Noyabr 2026
64
20:58 / 11 Noyabr 2026
80
20:49 / 11 Noyabr 2026
400
20:47 / 11 Noyabr 2026
70
20:28 / 11 Noyabr 2026
84
20:22 / 11 Noyabr 2026
107
20:19 / 11 Noyabr 2026
84
20:08 / 11 Noyabr 2026
89
19:57 / 11 Noyabr 2026
433
19:49 / 11 Noyabr 2026
118
19:43 / 11 Noyabr 2026
102
19:33 / 11 Noyabr 2026
127
19:19 / 11 Noyabr 2026
171
19:07 / 11 Noyabr 2026
114
18:42 / 11 Noyabr 2026
473
18:39 / 11 Noyabr 2026
242
18:35 / 11 Noyabr 2026
187
18:30 / 11 Noyabr 2026
225
18:29 / 11 Noyabr 2026
260
18:23 / 11 Noyabr 2026
151
18:17 / 11 Noyabr 2026
241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.