Qaynar xətt:

(+99450) 247 90 86

Prezident Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə Azərbaycanın münasibətini açıqlayıb

Prezident Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə Azərbaycanın münasibətini açıqlayıb

SİYASƏT

3473

26.02.2021, 22:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Biz Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Eyni zamanda, Ermənistanla sərhədlərin bağlı olması əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlamışdır, Kəlbəcər işğal altına düşəndən sonra, məhz buna görə. O vaxta qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq idi və Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biri olub. Ermənistanın müstəqilliyinin ilk günlərindən Türkiyə Ermənistanla normal münasibətlər qurmaq fikrində idi. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir”.

Oxu24.com -un  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib: “Türkiyə və Azərbaycanı onlar hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik idi. İndi münaqişə başa çatdı, Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Ancaq eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Baxın, müharibədən əvvəl Ermənistanın Prezidenti nə deyirdi? Söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır, yəni Türkiyəyə ərazi iddiası var. Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyaya Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Dırnaqarası soyqırımı müxtəlif ölkələrin parlamentlərində qəbul elətdirirlər. Belə düşmənçilik, siyasət nə qədər davam edə bilər? Onlar, necə deyərlər, ağlını başına yığmalıdır. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır. Biz, əlbəttə ki, yeni vəziyyəti nəzərə alaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da müsbət baxırıq. Bu münasibətlərin normallaşması üçün bizim hər hansı indi bir xüsusi fikrimiz yoxdur”. Dövlət başçısı bildirib ki, Türkiyə bu sərhədlərin nə vaxt açıla biləcəyini, münasibətlərin nə vaxt normallaşa biləcəyini özü müəyyən edəcək: “Hər halda Azərbaycan tərəfindən buna hər hansı mənfi fikir bildirilməyəcək. Çünki hesab edirəm ki, bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Baxın, biz indi nədən danışırıq? Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Yəni, Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan bəhs ediriksə, Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Amma bu, təbii ki, Türkiyənin öz qərarından asılıdır. Hər halda bir halda ki, siz məndən bunu soruşursunuz, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansı bir xüsusi mövqe yoxdur. Bir də ki Türkiyənin xeyrinə nə olacaqsa, bu, bizim də xeyrimizədir”.

Digər xəbərlər

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

26

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

45

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

63

0
medialiteracy-media-gov
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

66

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

78

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

72

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

76

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

85

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

284

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

96

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

104

0