Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir
13 Noyabr 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1916
26.02.2021, 14:42
“Füzuli aeroportunun tikintisinə başlanıb”.
Oxu24.com -un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət başçısı deyib ki, ərazinin operativ şəkildə minadan təmizlənməsinə başlanılıb: “Çünki, ilk növbədə, ərazini minalardan təmizləmək lazım idi. Bu proses başa çatmaq üzrədir. Operativ qaydada aeroportun uçuş-eniş zolağı və naviqasiya sistemi istifadəyə veriləcək. Füzuli aeroportu beynəlxalq aeroport olacaq. Uçuş zolağı ən ağır yük təyyarələri daxil olmaqla, bütün tip təyyarələri qəbul edə biləcək. Aeroportun tikintisinin nə zaman başa çatacağını söyləmək çətindir, çünki ərazinin minalardan təmizlənməsi məsələsi var. Biz aeroportun bu il istifadəyə verilməsini nəzərdə tutmuşuq.
Əgər bütün işlər plan üzrə gedərsə, Füzuli aeroportu bu il payızın əvvəlində istifadəyə veriləcək. Bu aeroport həm ərazinin bərpa edilməsi üçün xaricdən gətirilən yüklərin qəbul edilməsinə, həm də Azərbaycan və qonşu ölkələrin vətəndaşların Şuşaya getməsinə imkan yaradacaq. Aeroportla bərabər Şuşaya iki avtomobil yolu inşa olunur.
Bu yollardan biri “Zəfər yolu” adlanır. Həmin yolla Azərbaycanın xüsusi təyinatlı birləşmələri meşə və dərələrlə Şuşaya hərəkət edib. Digər yol isə aeroportdan Şuşaya birbaşa əlaqəni təmin edəcək. Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, o cümlədən digər ölkələrin vətəndaşları bu imkandan yararlana biləcək”.
19:41 / 13 Noyabr 2026
1
19:38 / 13 Noyabr 2026
37
19:35 / 13 Noyabr 2026
18
19:30 / 13 Noyabr 2026
91
19:28 / 13 Noyabr 2026
38
19:23 / 13 Noyabr 2026
50
19:05 / 13 Noyabr 2026
57
18:59 / 13 Noyabr 2026
63
18:59 / 13 Noyabr 2026
73
18:50 / 13 Noyabr 2026
76
18:38 / 13 Noyabr 2026
91
18:31 / 13 Noyabr 2026
81
18:26 / 13 Noyabr 2026
81
18:15 / 13 Noyabr 2026
92
18:04 / 13 Noyabr 2026
316
17:59 / 13 Noyabr 2026
101
17:46 / 13 Noyabr 2026
111
17:30 / 13 Noyabr 2026
100
17:18 / 13 Noyabr 2026
95
17:13 / 13 Noyabr 2026
313
17:07 / 13 Noyabr 2026
103
16:59 / 13 Noyabr 2026
103
16:51 / 13 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.