Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 21:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2779
23.02.2021, 15:44
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib.
Oxu24.com -un məlumatına görə, başsağlığında deyilir: “Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır.
Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, Y. Rzazadə uzun sürən xəstəlikdən sonra fevralın 22-də 75 yaşında vəfat edib.
21:36 / 13 Noyabr 2026
1
21:29 / 13 Noyabr 2026
21
21:24 / 13 Noyabr 2026
34
21:03 / 13 Noyabr 2026
65
20:58 / 13 Noyabr 2026
68
20:50 / 13 Noyabr 2026
709
20:41 / 13 Noyabr 2026
100
20:37 / 13 Noyabr 2026
84
20:35 / 13 Noyabr 2026
58
20:20 / 13 Noyabr 2026
90
20:09 / 13 Noyabr 2026
287
20:06 / 13 Noyabr 2026
83
20:05 / 13 Noyabr 2026
87
19:58 / 13 Noyabr 2026
278
19:53 / 13 Noyabr 2026
200
19:41 / 13 Noyabr 2026
117
19:38 / 13 Noyabr 2026
691
19:35 / 13 Noyabr 2026
102
19:30 / 13 Noyabr 2026
347
19:28 / 13 Noyabr 2026
172
19:23 / 13 Noyabr 2026
109
19:05 / 13 Noyabr 2026
106
18:59 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.