Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
08 Sentyabr 2026, 14:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
23
08.09.2026, 21:00
Yaxın Şərqdə Hörmüz boğazı ətrafında artan hərbi-siyasi gərginlik qlobal enerji bazarında ciddi təşvişə və təchizat qıtlığı riskinə səbəb olub. Qlobal neft nəqliyyatının təxminən 20 faizinin keçdiyi bu kritik dəniz keçidində gəmilərin hərəkətinə qoyula biləcək hər hansı məhdudiyyət dünya bazarında dərhal qiymət artımları ilə nəticələnir. Belə bir qlobal böhran fonunda isə Azərbaycanın malik olduğu alternativ nəqliyyat marşrutları ölkəmizin strateji və iqtisadi çəkisini miqyaslı şəkildə artırır. Xüsusilə Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində əvəzsiz alternativ olaraq ölkəmizi önə çıxarır. Azərbaycan Körfəz ölkələrinin yaratdığı nəhəng həcmli boşluğu təkbaşına doldurmaq imkanında olmasa da, təqdim etdiyi sabit və təhlükəsiz marşrutlar sayəsində qlobal investorların əsas diqqət mərkəzinə çevrilib. Nəticədə ölkəmiz həm əlverişli kommersiya şərtləri əldə edir, həm də Avropa ilə münasibətlərində sadəcə təchizatçı deyil, strateji tərəfdaş statusu qazanır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Hörmüz boğazı Fars körfəzini Hind okeanı ilə birləşdirən və qlobal neft nəqliyyatının təxminən 20%-nin keçdiyi ən kritik dəniz keçididir:
"Yaxın Şərqdə hərbi-siyasi gərginliklərin artması zamanı bu boğazda gəmilərin hərəkətinə qoyulan hər hansı məhdudiyyət və ya blokada riski dünya enerji bazarlarında dərhal qiymət artımına və təchizat qıtlığı təşvişinə səbəb olur. Bu qlobal böhran fonunda Azərbaycanın mövqeyi digər neft-qaz ixracatçısı olan Körfəz ölkələrindən köklü şəkildə fərqlənir və ölkəyə həm iqtisadi, həm də geosiyasi dividentlər qazandırır”.
O vurğulayıb ki, Körfəz ölkələrindən enerji nəqlinin riski artdığı bir vaxtda, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi alternativ marşrutların olması Azərbaycanın iqtisadi və cəlbedicilik mövqeyini qlobal investorlar gözündə əhəmiyyətli dərəcədə yüksəldir:
"Hörmüz boğazında risklərin artması Azərbaycanın enerji marşrutlarının strateji əhəmiyyətini daha da artırır. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin Aralıq dənizinə, Cənub Qaz Dəhlizinin isə birbaşa Avropa bazarına çıxması ölkəmizi Körfəz və Rusiya marşrutlarından asılı olmayan etibarlı təchizatçı kimi önə çıxarır. Qlobal investorlar üçün bu, yalnız neft və qazın həcmi deyil, nəql yollarının təhlükəsizliyi, siyasi sabitlik və müqavilə öhdəliklərinin davamlılığı deməkdir. Belə şəraitdə Azərbaycanın enerji infrastrukturu kommersiya layihəsindən daha çox Avropanın enerji təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilir”.
Politoloqun sözlərinə görə, Azərbaycan hasilat həcminə görə Körfəz ölkələrini əvəz edə bilməz və Hörmüzdə yarana biləcək böyük təchizat boşluğunu təkbaşına doldurmaq imkanında deyil. Lakin Bakının əsas üstünlüyü bazara böyük həcmdə enerji çıxarmaqdan çox, alternativ və sabit marşrut təqdim etməsidir.
Züriyə Qarayeva sonda əlavə edib ki, mövcud böhran Azərbaycan qazına uzunmüddətli tələbatı, Cənub Qaz Dəhlizinin genişləndirilməsinə marağı və enerji sektoruna yeni sərmayələri artıra bilər. Nəticədə ölkə həm daha əlverişli kommersiya şərtləri əldə edir, həm də Avropa ilə münasibətlərində enerji təchizatçısından strateji tərəfdaş səviyyəsinə yüksəlmək imkanı qazanır.
Çimnaz Telmanqızı
21:01 / 08 Sentyabr 2026
15
21:00 / 08 Sentyabr 2026
21
20:50 / 08 Sentyabr 2026
32
20:48 / 08 Sentyabr 2026
26
20:40 / 08 Sentyabr 2026
30
20:39 / 08 Sentyabr 2026
45
20:25 / 08 Sentyabr 2026
102
20:23 / 08 Sentyabr 2026
32
20:20 / 08 Sentyabr 2026
40
20:10 / 08 Sentyabr 2026
55
20:05 / 08 Sentyabr 2026
45
20:03 / 08 Sentyabr 2026
53
18:50 / 08 Sentyabr 2026
64
18:44 / 08 Sentyabr 2026
684
18:22 / 08 Sentyabr 2026
674
18:16 / 08 Sentyabr 2026
68
18:15 / 08 Sentyabr 2026
102
18:11 / 08 Sentyabr 2026
65
18:09 / 08 Sentyabr 2026
62
17:59 / 08 Sentyabr 2026
349
17:41 / 08 Sentyabr 2026
96
17:39 / 08 Sentyabr 2026
67
16:15 / 08 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.