Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya Kanslerliyinə ilk dəfə qadın rəhbərlik edəcək

Almaniya Kanslerliyinə ilk dəfə qadın rəhbərlik edəcək

SİYASƏT

69

24.07.2026, 15:22

Almaniya kansleri Fridrix Merts hökumətdə kadr dəyişikliklərini elan edib.

 O bildirib ki, səhiyyə naziri Nina Varken Federal Kansler Aparatının yeni rəhbəri təyin olunur və bu vəzifədə Torsten Freini əvəz edəcək.

Oxu24.com xəbər verir ki, bununla da Varken Almaniya tarixində Federal Kansler Aparatına rəhbərlik edən ilk qadın olacaq. Merz onun səhiyyə naziri kimi çətin şəraitdə islahatlar aparmaq bacarığını və qətiyyətini xüsusi vurğulayıb.

Torsten Frei isə Bundestaqda hakim CDU/CSU parlament fraksiyasının rəhbərliyini öz üzərinə götürəcək. Səhiyyə naziri vəzifəsinə isə hakim Xristian Demokrat İttifaqının (CDU) baş katibi Karsten Linnemann təyin olunacaq. Bundan əlavə, Filipp Amtor Kansler Aparatında federal hökumətlə əyalətlər arasındakı münasibətlərə cavabdeh dövlət naziri olacaq. Kansler yaxın günlərdə daha geniş hökumət dəyişikliklərinin də ediləcəyini bildirib.

Kadr dəyişiklikləri CDU/CSU parlament fraksiyasının keçmiş rəhbəri Yens Şpanın istefasından sonra həyata keçirilir. Şpan ABŞ-da surroqat ana vasitəsilə övlad sahibi olduğunu açıqladıqdan sonra, Almaniyada surroqat analığın qadağan olunması və özünün də uzun illər bu praktikaya qarşı çıxması səbəbindən ikiüzlülük ittihamları ilə üzləşmişdi. Artan siyasi təzyiqlər fonunda o, vəzifəsindən istefa verib. Bununla belə, ailəsinin ABŞ-da surroqat analıqdan istifadə etməsi Almaniya qanunlarına görə cinayət hesab edilmir və hüquqi məsuliyyət yaratmır.