Yüksək təzyiqə qarşı inqilabi kəşf
09 Noyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
340
24.07.2026, 14:45
Həyatın müxtəlif mərhələlərində qarşılaşdığımız çətinliklər və böhranlar hər bir insana fərqli şəkildə təsir edir. Bəzi insanlar sarsıntılardan sonra sürətlə özünü toparlayıb irəlilədiyi halda, digərləri uzun müddət bu gərginliyin təsirindən çıxa bilmir. Mütəxəssislər bu fərqliliyin əsas səbəbini psixoloji dayanıqlılıq (resilience) və emosional möhkəmliklə əlaqələndirirlər. Bəs psixoloji dayanıqlılıq necə formalaşır və insanı çətinliklər qarşısında güclü edən əsas amillər hansılardır?
Bu günümüzün aktual sualı ilə bağlı psixoloq Sibel Piriyeva Oxu24.com-a geniş və maraqlı açıqlama verib. O bildirib ki, insanın çətinliklərin öhdəsindən gəlmə qabiliyyəti həm anadangəlmə faktorlardan, həm də uşaqlıq dövründən qazanılan davranış modellərindən birbaşa asılıdır.
Psixoloq Sibel Piriyevanın sözlərinə görə, bəzi insanların psixoloji olaraq daha güclü, digərlərinin isə daha həssas olmasının arxasında bir neçə təməl səbəb dayanır:
•1. Emosional və İntellektual Zəkanın Balansı (EQ və IQ): Psixoloji olaraq güclü olmaq üçün insanın həm emosional (EQ), həm də intellektual (IQ) zəkası orta və ya yüksək səviyyədə olmalıdır. Çox vaxt insanlar yalnız zəkaya üstünlük verirlər, lakin doğru hiss etmək, hissləri yaşamaq və anlamaq üçün yüksək emosional zəka mütləqdir.
•2. Uşaqlıq Dövranında Öyrənilmiş Davranış Modelləri: Uşaq yaşlarında problemlərlə qarşılaşarkən böyüklərin verdiyi reaksiyalar gələcək şəxsiyyətin bünövrəsini qoyur. Əgər valideynlər problem qarşısında panika və təşviş göstərərlərsə, həmin uşaq böyüdükdə həyəcan pozuntusuna meyilli olur. Əksinə, problemi yox sayan valideynlərin övladları yetişkinlikdə çətinlikləri görməzdən gəlməyə çalışırlar. Problemi həll etmə bacarığı uşaqlıqda necə formalaşıbsa, insan gələcəkdə də elə reaksiya verir.
•3. Zəka Səviyyəsi və Koqnitiv Davranış Terapiyası: Orta və yüksək IQ göstəricisinə malik insanlarda problem həll etmə bacarığı daha rahat formalaşır. Dünyada geniş yayılmış Koqnitiv Davranış Terapiyası (KDT) və qısamüddətli həllyönümlü terapiyalar məhz zəka səviyyəsi normal və üstün olan insanlarda daha effektiv nəticə verir, çünki bu şəxslər prosesi daha dərindən dərk edib tətbiq edə bilirlər.
Mütəxəssis xəbərdar edir ki, bir çox psixoloji pozuntuların və zəifliklərin kökü uşaqlıq dövrünə dayanır. Uşaq vaxtı problem çözmə bacarığı düzgün formalaşmış şəxslər böyüdükdə psixoloji baxımdan daha dözümlü və dayanıqlı olurlar.
Çimnaz Telmanqızı
16:25 / 09 Noyabr 2026
1
16:23 / 09 Noyabr 2026
13
16:19 / 09 Noyabr 2026
33
16:06 / 09 Noyabr 2026
94
15:54 / 09 Noyabr 2026
297
15:49 / 09 Noyabr 2026
71
15:47 / 09 Noyabr 2026
121
15:45 / 09 Noyabr 2026
154
15:40 / 09 Noyabr 2026
177
15:34 / 09 Noyabr 2026
73
15:23 / 09 Noyabr 2026
96
15:13 / 09 Noyabr 2026
110
15:05 / 09 Noyabr 2026
531
15:00 / 09 Noyabr 2026
123
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
118
14:42 / 09 Noyabr 2026
105
14:37 / 09 Noyabr 2026
98
14:29 / 09 Noyabr 2026
516
14:22 / 09 Noyabr 2026
252
14:17 / 09 Noyabr 2026
113
14:06 / 09 Noyabr 2026
1273
14:04 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.