Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib
09 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
560
24.07.2026, 14:03
Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.
İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Onlardan bəziləri Konfederasiya prezidentinin yaxınlarıdır. Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib.
Qeyd edək ki, “Aqrarkredit” QSC (Bank olmayan kredit təşkilatı) səhmləri tamamilə dövlətə məxsus olan maliyyə qurumudur. QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. “Aqrarkredit” yarandığı 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, QSC-dən kənarlaşdırılıb.
16:25 / 09 Noyabr 2026
1
16:23 / 09 Noyabr 2026
13
16:19 / 09 Noyabr 2026
33
16:06 / 09 Noyabr 2026
94
15:54 / 09 Noyabr 2026
297
15:49 / 09 Noyabr 2026
71
15:47 / 09 Noyabr 2026
121
15:45 / 09 Noyabr 2026
154
15:40 / 09 Noyabr 2026
177
15:34 / 09 Noyabr 2026
73
15:23 / 09 Noyabr 2026
96
15:13 / 09 Noyabr 2026
110
15:05 / 09 Noyabr 2026
531
15:00 / 09 Noyabr 2026
123
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
118
14:42 / 09 Noyabr 2026
105
14:37 / 09 Noyabr 2026
98
14:29 / 09 Noyabr 2026
516
14:22 / 09 Noyabr 2026
252
14:17 / 09 Noyabr 2026
113
14:06 / 09 Noyabr 2026
1273
14:04 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.