Qaynar xətt:

(+99450) 247 90 86

Prezident bir sıra yeni səfirlər təyin edib – SİYAHI 

Prezident bir sıra yeni səfirlər təyin edib – SİYAHI 

SİYASƏT

75

24.07.2026, 13:57

Prezident İlham Əliyev diplomatik korpusda yeni kadr dəyişiklikləri ilə bağlı dörd sərəncam imzalayıb.

Oxu24.com xəbər verir ki, 24 iyul 2026-ci il tarixdə imzalanan sərəncamlara əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və eyni zamanda Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəşad Məmmədov Türkiyədə səfir vəzifəsinə 26 iyul 2021-ci ildə təyin olunmuşdu.

Digər sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San Marinodakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsinə 18 oktyabr 2022-ci ildə təyin edilmişdi.