Xankəndidən ucalan tarixi müraciət şanlı Zəfərin və böyük Qələbənin rəmzidir - ŞƏRH
09 Noyabr 2026, 17:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
321
21.07.2026, 10:02
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu ünvanlayıb.
Oxu24.com xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Baş nazir,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Ölkənizi təmsil edən şirkətlər Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və burada ölkə iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda səmərəli fəaliyyət göstərirlər. bp şirkəti ilə uzun illərdən bəri davam edən, həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurlu birgə fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün orada aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.
Sizə bir daha təbriklərimi çatdırır, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
18:25 / 09 Noyabr 2026
1
18:14 / 09 Noyabr 2026
36
18:02 / 09 Noyabr 2026
123
17:57 / 09 Noyabr 2026
66
17:56 / 09 Noyabr 2026
39
17:55 / 09 Noyabr 2026
79
17:38 / 09 Noyabr 2026
169
17:36 / 09 Noyabr 2026
96
17:22 / 09 Noyabr 2026
158
17:14 / 09 Noyabr 2026
99
16:56 / 09 Noyabr 2026
733
16:53 / 09 Noyabr 2026
463
16:43 / 09 Noyabr 2026
207
16:37 / 09 Noyabr 2026
167
16:32 / 09 Noyabr 2026
119
16:28 / 09 Noyabr 2026
99
16:25 / 09 Noyabr 2026
326
16:23 / 09 Noyabr 2026
189
16:19 / 09 Noyabr 2026
154
16:06 / 09 Noyabr 2026
826
15:54 / 09 Noyabr 2026
1450
15:49 / 09 Noyabr 2026
106
15:47 / 09 Noyabr 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.