Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı
01 Oktyabr 2026, 21:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
728
13.07.2026, 13:53
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak etməməsi Tehranın diplomatik reaksiyasına səbəb olub. İranın Ermənistandakı səfiri Xəlil Şirqolami öz çıxışında Ermənistanın baş nazirinin və nümayəndə heyətinin dəfndə iştirakını yüksək qiymətləndirib, Bakı və Ankaraya qarşı isə "yadda saxlayacaqları" mesajını verərək sərt ritorika nümayiş etdirib. Səfirin "Hər iki Prezident Tehranda gözlənilirdi" sözləri isə iki ölkənin daxili işlərinə və qərarlarına qarşı açıq diplomatik narazılıq kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Oxu24.com-a açıqlama verib.
Politoloq Elşad Həsənov mövzunu şərh edərkən bildirib ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami öz çıxışında İrəvanın addımını təqdir etsə də, oradan Azərbaycana və Ankaraya qarşı yer almayan ritorikalardan istifadə edib:
“Bir səfirin digər dövlətlərin başçılarının dəfn mərasimində iştirak edib-etməməsinə görə qınaq səsləndirməsi onun səlahiyyəti daxilində deyil. Bu, təbii ki, İran fars-molla rejiminin apardığı qərəzli siyasətdir”.
O qeyd edib ki, Xamenei həlak olandan sonra Azərbaycan Prezidenti ilk olaraq İran səfirliyinə getdi, başsağlığı verdi və nekroloq yazdı. Bunun qarşılığında isə Amerika, İsrail və İran gərginliyi fonunda İran tərəfindən bizim ərazimizə dron hücumları təşkil edildi və vətəndaşlarımız yaralandı:
“Həmçinin Türkiyə ərazisinə İran tərəfindən 4 raket zərbəsi endirildi. Bütün bunlara baxmayaraq, nə Azərbaycan, nə də Türkiyə İrana qarşı hər hansı bir cavab tədbiri görmədi. Azərbaycan Prezidenti İran Prezidenti Pezeşkianla danışdı və məsələnin aydınlaşdırılmasını tələb etdi. Eyni zamanda Türkiyə də diplomatik xətlə müraciət edərək bu məsələlərin qarşısının alınmasını istədi”.
Elşad Həsənov belə bir gərgin dövrdə dövlət başçılarının dəfn mərasiminə qatılmasını hər bir ölkənin özünün prioriteti, daxili işi olduğunu vurğulayıb:
“Bu məsələ İranın İrəvandakı səfirinin göstərişi ilə həll olunmur. Azərbaycan öz başsağlığını verib və Parlamentin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti həmin dəfn mərasimində iştirak edib. Eyni zamanda Türkiyədən də böyük nümayəndə heyəti orada təmsil olunub”.
Politoloqun sözlərinə görə, Prezidentlərin orada şəxsən iştirak etməməsinin isə bir çox səbəbləri, o cümlədən ciddi qrafikləri və eyni zamanda təhlükəsizlik problemləri var. Bu nöqteyi-nəzərdən Azərbaycan və Türkiyə prezidentlərinin dəfndə iştirak etməməsinin qınanması diplomatik qaydalara uyğun deyil:
“Biz heç vaxt digər ölkələrin daxili işlərinə qarışmırıq və İran siyasətçilərinin də Azərbaycanın və Türkiyənin daxili işlərinə qarışmağa ixtiyarları yoxdur. Hesab edirəm ki, səfirin bu çıxışı diplomatik qaydalardan kənar, tamamilə yersiz bir demarşdır”,- deyə o fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
00:03 / 02 Oktyabr 2026
49
23:54 / 01 Oktyabr 2026
48
23:41 / 01 Oktyabr 2026
58
23:12 / 01 Oktyabr 2026
61
23:00 / 01 Oktyabr 2026
83
22:53 / 01 Oktyabr 2026
61
22:52 / 01 Oktyabr 2026
62
22:50 / 01 Oktyabr 2026
114
22:42 / 01 Oktyabr 2026
58
22:31 / 01 Oktyabr 2026
69
22:24 / 01 Oktyabr 2026
107
22:18 / 01 Oktyabr 2026
175
22:07 / 01 Oktyabr 2026
78
21:42 / 01 Oktyabr 2026
72
21:41 / 01 Oktyabr 2026
91
21:31 / 01 Oktyabr 2026
74
21:29 / 01 Oktyabr 2026
80
21:26 / 01 Oktyabr 2026
165
21:25 / 01 Oktyabr 2026
62
21:19 / 01 Oktyabr 2026
70
21:15 / 01 Oktyabr 2026
66
21:08 / 01 Oktyabr 2026
64
20:59 / 01 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.