Peskov: “Həbri əməliyyat davam edəcək”
05 İyul 2026, 00:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
575
25.05.2026, 21:15
“Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi daxili işlərimizə müdaxilədir və heç bir hüquqi qüvvəsi yoxdur”— POLİTOLOQDAN AÇIQLAMA
Son dövrlər Avropa Parlamentində (AP) Azərbaycana qarşı insan haqları, demokratiya, regional siyasət və Qarabağ məsələsi ilə bağlı müxtəlif ittihamların səsləndirilməsi və birtərəfli qətnamələrin qəbul edilməsi beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub. Rumıniyalı avrodeputat Kristian Tereşin bu yaxınlarda verdiyi obyektiv bəyanat da göstərir ki, AP daxilində sağlam düşüncəli siyasətçilər mövcud olsa da, qurumun ümumi xətti qərəzli lobbi qruplarının təsiri altındadır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Müşfiq Abdulla Avropa Parlamentinin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının pərdəarxası məqamlarını və bu addımların arxasında duran siyasi maraqları təhlil edib.
Siyasi şərhçi qeyd edib ki, Kristian Tereşin açıqlaması son dövrlər Avropada Azərbaycana qarşı artan təzyiqlərə qarşı obyektiv bir reaksiyadır. Rumıniya istər Avropa qurumlarında, istərsə də keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və hazırkı sülh prosesində daima Azərbaycanın haqq mövqeyini, ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub.
M.Abdullanın sözlərinə görə, Tereşin bu çıxışı aprelin 29-da Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qanunsuz qətnaməyə qarşı yönəlib:
“Həmin qətnamədə Azərbaycanı “hərbi əsirlər” adı ilə Bakıda məhkəmə qərarı ilə azadlıqdan məhrum edilmiş erməni əsilli müharibə cinayətkarlarını azadlığa buraxmağa və erməniləri Qarabağa qaytarmağa çağırırlar. Halbuki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu qurum qarşısında hər hansı hüquqi öhdəlik daşımır. Ona görə də avropalı deputatların qəbul etdiyi bu qətnamə Azərbaycanın daxili işlərinə kobud müdaxilə olmaqla yanaşı, hər hansı hüquqi qüvvəyə malik deyil".
Erməniləri Qarabağa qaytarmaq, Bako Saakyan, Araik Harutyunyan, Arkadi Qukasyan, Ruben Vardanyan kimi ağır cinayətlərdə ittiham olunan şəxsləri həbsdən buraxdırmaq çağırışlarının real məqsədlərinə toxunan şərhçi bildirib ki, burada əsas hədəf Azərbaycan ərazisində erməni separatizmini yenidən alovlandırmaqdır.
Bu təxribatçı mövqedən çıxış edənlər faktiki olaraq aşağıdakı strateji hədəfləri güdürlər:
1.Azərbaycanla Ermənistan arasında final mərhələsinə çatan sülh danışıqlarını manipulyasiya etmək və regionda münaqişəni yenidən bərpa etmək.
2.44 günlük Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonra Cənubi Qafqazda formalaşmış yeni status-kvonu həzm edə bilməmək.
3.Regional nəqliyyat və logistika xətlərinin (Zəngəzur dəhlizi və s.) fəaliyyətə başlamasını əngəlləmək.
Müşfiq Abdulla vurğulayıb ki, Azərbaycana qarşı birtərəfli ittihamlar irəli sürən qüvvələr Avropanın özünün gələcək maraqlarını təhlükəyə atırlar. Çünki bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında, xüsusilə Rusiyanın enerji asılılığından xilas olmaq strategiyasında mühüm və etibarlı tərəfdaşdır:
“Azərbaycan Aİ üçün alternativ və etibarlı enerji mənbəyidir. | Erməni diasporunun rüşvəti ilə hərəkət edən deputatlar bu tərəfdaşlığı zədələyir. Regionda sülh və kommunikasiyaların açılması Avropanın logistik imkanlarını genişləndirir. Sülh prosesinin pozulması Cənubi Qafqazda sabitliyi yox edir və Avropanın maraqlarına zərbə vurur”.
Siyasi şərhçi qeyd edir ki, erməni diasporunun və lobbisinin maliyyəsi (rüşvəti) hesabına qərəzli qətnamələrə səs verən deputatlar korporativ maraqlarını Aİ-nin strateji maraqlarından üstün tuturlar.
"Təəssüf ki, Avropa Parlamentində Kristian Tereş kimi həqiqəti deyən, ədalətli mandat sahiblərinin sayı azdır”, – deyə M.Abdulla fikrini tamamlayıb.
Lakin şərhçi onu da əlavə edib ki, rəsmi Bakının qətiyyətli və müstəqil xarici siyasəti fonunda bu cür kağız parçası olan qətnamələrin Azərbaycana hər hansı bir siyasi və ya iqtisadi təsir göstərmək gücü yoxdur. Azərbaycan bölgədə sülh gündəliyini öz milli maraqlarına uyğun şəkildə diktə etməkdə davam edəcək.
Çimnaz Telmanqızı
10:22 / 05 İyul 2026
1527
00:08 / 05 İyul 2026
156
23:57 / 04 İyul 2026
157
23:37 / 04 İyul 2026
324
23:10 / 04 İyul 2026
310
22:47 / 04 İyul 2026
380
22:19 / 04 İyul 2026
234
22:10 / 04 İyul 2026
291
21:13 / 04 İyul 2026
189
20:57 / 04 İyul 2026
354
20:28 / 04 İyul 2026
262
20:11 / 04 İyul 2026
221
19:57 / 04 İyul 2026
171
19:50 / 04 İyul 2026
232
19:17 / 04 İyul 2026
238
19:01 / 04 İyul 2026
160
18:43 / 04 İyul 2026
207
18:29 / 04 İyul 2026
361
18:18 / 04 İyul 2026
155
18:02 / 04 İyul 2026
216
17:04 / 04 İyul 2026
474
16:37 / 04 İyul 2026
176
16:23 / 04 İyul 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.