Ərdoğan təkcə onu qarşılamadı..- Video
11 Noyabr 2026, 18:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
519
15.05.2026, 14:25
Müasir dünyanın inkişaf etmiş dövlətləri sırasında yer almaq üçün şəhərsalma siyasətinin düzgün qurulması mühüm əhəmiyyət daşıyır. Urbanizasiya proseslərinin sürətləndiyi, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycan bu sahədə mühüm uğurlara imza atır. Bu uğurların əsasında isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət dayanır.
Dövlət başçısının rəhbərliyi ilə ölkədə şəhərsalma siyasəti yeni mərhələyə qədəm qoyub. Son illərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri Azərbaycanın şəhər infrastrukturunun əsaslı şəkildə yenilənməsinə səbəb olub. Paytaxt Bakı başda olmaqla, respublikanın bütün bölgələrində müasir yaşayış kompleksləri, abad küçələr, geniş magistral yollar, parklar və sosial obyektlər istifadəyə verilib. Bu layihələr şəhərlərin estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı, insanların rahat və təhlükəsiz yaşayışını təmin edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən şəhərsalma siyasətində dayanıqlılıq əsas prinsip kimi götürülür. Tikinti və abadlıq işlərində ekoloji standartlara uyğunluq, yaşıl zonaların genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və rəqəmsal həllərin tətbiqi xüsusi diqqət mərkəzindədir. Bu yanaşma Azərbaycanın gələcək nəsillər üçün sağlam və təhlükəsiz şəhər mühiti yaratmaq istiqamətində atdığı mühüm addımlardandır.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri müasir şəhərsalma siyasətinin ən parlaq nümunəsidir. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, alternativ enerji mənbələrinin istifadəsi, innovativ infrastrukturun qurulması Azərbaycanın yeni inkişaf modelini nümayiş etdirir. Burada həyata keçirilən layihələr təkcə ölkə üçün deyil, beynəlxalq şəhərsalma təcrübəsi üçün də maraqlı nümunə hesab olunur.
Azərbaycanın beynəlxalq şəhərsalma forumlarında fəal iştirakı və bu kimi tədbirlərə ev sahibliyi etməsi ölkənin bu sahədə artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursu nəticəsində Azərbaycan urbanizasiya sahəsində qabaqcıl təcrübəyə malik ölkələr sırasında möhkəmlənir.
Bu gün ölkəmizdə həyata keçirilən şəhərsalma siyasəti yalnız infrastruktur yenilənməsi deyil, həm də dövlətin strateji inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev bu siyasətin təşəbbüskarı kimi Azərbaycanın müasir, dayanıqlı və innovativ şəhərlər ölkəsinə çevrilməsində mühüm rol oynayır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim
Osman Azadoğlu
19:57 / 11 Noyabr 2026
13
19:49 / 11 Noyabr 2026
32
19:43 / 11 Noyabr 2026
46
19:33 / 11 Noyabr 2026
50
19:19 / 11 Noyabr 2026
110
19:07 / 11 Noyabr 2026
86
18:42 / 11 Noyabr 2026
369
18:39 / 11 Noyabr 2026
173
18:35 / 11 Noyabr 2026
149
18:30 / 11 Noyabr 2026
172
18:29 / 11 Noyabr 2026
191
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
195
18:13 / 11 Noyabr 2026
152
18:06 / 11 Noyabr 2026
687
18:01 / 11 Noyabr 2026
111
17:42 / 11 Noyabr 2026
303
17:40 / 11 Noyabr 2026
191
17:35 / 11 Noyabr 2026
441
17:16 / 11 Noyabr 2026
117
17:13 / 11 Noyabr 2026
259
17:12 / 11 Noyabr 2026
117
16:35 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.