Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin köməkçisi: BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin olunmalıdır 

Prezidentin köməkçisi: BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin olunmalıdır 

SİYASƏT

695

14.05.2026, 11:13

Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni baxımdan və tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında deyib.

“Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri tam və hərtərəfli anlayır. Bunun tarixi bir səbəbi də var, çünki Azərbaycan da müstəqillik illərində və ümumilikdə bütün tarixi boyunca bu çətinlikləri və problemləri yaşayıb. Xüsusilə müstəmləkəçilik və yeni müstəmləkəçilik elementlərini vurğulamaq istərdim. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Təəssüf edirik ki, bu praktika qlobal səviyyədə hələ də davam edir, sadəcə yeni forma və təzahürlər qazanır”, - Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə yeni müstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri elan edib: “Təəssüf edirik ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi indiyədək öz mandatını tam yerinə yetirə bilmir, çünki bəzi ölkələr dekolonizasiya prosesinə müqavimət göstərirlər”.

Hikmət Hacıyev Qlobal Cənubun dünya nizamının formalaşdırılmasında rolunun məhdudlaşdırıldığına diqqət çəkib.

“Çox sevindiricidir ki, İkinci Dünya müharibəsindən sonra, xüsusilə 1960-cı illərdə Qlobal Cənubun bir çox ölkələri müstəqillik qazandılar. Amma yenə də keçmişi inkar edə bilmərik və yeni müstəmləkəçilik elementləri Qlobal Cənub ölkələrinin yerləşdiyi bəzi bölgələrdə hələ də hökm sürməkdə davam edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri, eləcə də COP29-un sədri və prezidenti kimi Qlobal Cənub ölkələrinin inkişafına və əməkdaşlığına böyük töhfə verib. Məmnunluqla qeyd edirəm ki, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə bizim Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlıq bir çox müxtəlif sahədə inkişaf etməkdə davam edir. Lakin etiraf etməliyik ki, biz qlobal nizamsızlıq dövründə yaşayırıq. Yeni təhdidlər, yeni çağırışlar və yeni qeyri-müəyyənliklər meydana çıxır. Təəssüf ki, tarix boyu yeni qlobal nizam formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib”, - Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev bu vəziyyətin davam etməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb: “Hazırda isə daha böyük potensialı və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yeni dünya nizamının formalaşmasını sadəcə müşahidə edən və kənardan baxan tərəf ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər. Beynəlxalq institutların hazırkı strukturu, xüsusilə BMT Təhlükəsizlik Şurası müasir dünyanın reallıqlarını əks etdirmir. Bu institutda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir. Həmçinin ədalətli coğrafi təmsilçilik də təmin edilməyib. Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin olunmalıdır. Azərbaycan çoxtərəfliliyin qətiyyətli tərəfdarıdır”.

KİV: Hakimlər Paşinyanın təhdidlərindən çəkinmir  

22:32 / 13 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

KİV: Hakimlər Paşinyanın təhdidlərindən çəkinmir  

92

0
Bolqarıstan Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyə hazırdır  

22:19 / 13 İyul 2026

SİYASƏT SİYASƏT

Bolqarıstan Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyə hazırdır  

98

0
Azərbaycanın hava üstünlüyü təsadüfi deyil, illərlə qurulan strategiyanın nəticəsidir”— HƏRBİ EKSPERT  

21:59 / 13 İyul 2026

HƏRBİ HƏRBİ

Azərbaycanın hava üstünlüyü təsadüfi deyil, illərlə qurulan strategiyanın nəticəsidir”— HƏRBİ EKSPERT  

137

0
İran səfirinin prezidentlərlə bağlı açıqlamasına REAKSİYA: "Daxili işlərimizə qarışmağa ixtiyarları yoxdur"  

21:26 / 13 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

İran səfirinin prezidentlərlə bağlı açıqlamasına REAKSİYA: "Daxili işlərimizə qarışmağa ixtiyarları yoxdur"  

200

0
Göydələnlərin hündürlük həddi: İnsanlıq nə qədər yüksəyə qalxa bilər? — MARAQLI  

21:16 / 13 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Göydələnlərin hündürlük həddi: İnsanlıq nə qədər yüksəyə qalxa bilər? — MARAQLI  

89

0
“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”

21:09 / 13 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”

127

0
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ

21:05 / 13 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ

110

0
Kərim Vəliyev Belarusda səfərdədir  

20:50 / 13 İyul 2026

HƏRBİ HƏRBİ

Kərim Vəliyev Belarusda səfərdədir  

113

0
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb  

20:19 / 13 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb  

84

0
Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ 

19:48 / 13 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ 

120

0
Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ  

19:09 / 13 İyul 2026

KRİMİNAL KRİMİNAL

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ  

172

0
Hantavirus infeksiyası: vacib XƏBƏRDARLIQ 

18:52 / 13 İyul 2026

DÜNYA DÜNYA

Hantavirus infeksiyası: vacib XƏBƏRDARLIQ 

118

0