Nazirlər Kabineti Əli Əsədovun görüşü ilə bağlı AÇIQLAMA YAYDI
12 May 2026, 12:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
86
12.05.2026, 18:09
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə münasibətlərin nizamlanması üçün Tehranın təqdim etdiyi 14 maddəlik təklifin alternativinin olmadığını bildirib.
“İran xalqının hüquqlarını əks etdirən 14 maddəlik təklifdən başqa alternativ yoxdur. Digər bütün yanaşmalar nəticəsiz qalacaq və yalnız uğursuzluqlara gətirib çıxaracaq”,– deyə Qalibaf vurğulayıb.
İranın təqdim etdiyi 14 maddəlik təklifin fonunda ABŞ hansı şərtlər daxilində bu maddələri qəbul edə və ya onlara yaxın mövqe sərgiləyə bilər? Vaşinqton-Tehran münasibətlərinin normallaşması üçün real kompromis imkanları nə dərəcədə mümkündür?
Oxu24.com -a bu barədə açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar İran parlamentinin sədri tərəfindən səsləndirilən bu mesajın, əslində, rəsmi Tehranın danışıqlarda “qırmızı xətlərini” yenidən ön plana çıxarmaq cəhdi kimi qiymətləndirilə biləcəyini deyib. Siyasi şərhçinin sözlərinə əsasən, İran tərəfi uzun müddətdir ki, nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələlərində birtərəfli güzəştlərin mümkün olmadığını vurğulayır:
“Bu baxımdan, 14 maddəlik təklif həm daxili auditoriyaya, həm də rəsmi Vaşinqtona ünvanlanan siyasi mesaj xarakteri daşıyır. ABŞ-nin bu təkliflərə yaxın mövqe sərgiləməsi üçün ilk növbədə İranın nüvə proqramı ilə bağlı irəli sürülən mexanizmlərə razılıq verməsi tələb olunacaq. Rəsmi Vaşinqton üçün əsas prioritetlərdən biri İranın uranın zənginləşdirilməsi səviyyəsinin məhdudlaşdırılması, beynəlxalq monitorinq mexanizmlərinin gücləndirilməsi və regionda gərginliyi artıran addımların azaldılmasıdır. Əvəzində isə ABŞ müəyyən sanksiyaların mərhələli şəkildə yumşaldılması, maliyyə və enerji sektorunda məhdud iqtisadi açılımların təmin olunması kimi addımlara gedə bilər. Lakin burada əsas problem tərəflər arasında dərin etimadsızlığın qalmasıdır”.
Ü.Zülfiqar qeyd edib ki, digər mühüm məqam ondan ibarətdir ki, Vaşinqton-Tehran münasibətləri artıq təkcə nüvə məsələsi ilə məhdudlaşmır:
“Yaxın Şərqdə regional təsir uğrunda rəqabət, Körfəz təhlükəsizliyi və müxtəlif silahlı qruplarla bağlı ittihamlar bu münasibətləri daha mürəkkəb hala gətirir. Bununla belə, tam qarşıdurma ssenarisinin nə ABŞ, nə də İran üçün uzunmüddətli perspektivdə sərfəli olmadığı görünür. Enerji bazarları, regional sabitlik və Yaxın Şərqdə yeni eskalasiya riskləri tərəfləri müəyyən məhdud dialoq formatlarını qorumağa vadar edir. Ona görə də yaxın dövrdə münasibətlərin tam normallaşmasından daha çox, mərhələli və məhdud anlaşmaların gündəmdə qalacağı ehtimalı daha yüksək qiymətləndirilir”.sfera
19:51 / 12 May 2026
1
19:29 / 12 May 2026
33
19:13 / 12 May 2026
117
19:08 / 12 May 2026
70
18:58 / 12 May 2026
201
18:45 / 12 May 2026
55
18:29 / 12 May 2026
83
18:18 / 12 May 2026
169
17:50 / 12 May 2026
118
17:40 / 12 May 2026
236
16:55 / 12 May 2026
100
16:53 / 12 May 2026
77
16:27 / 12 May 2026
233
16:11 / 12 May 2026
126
15:49 / 12 May 2026
103
15:42 / 12 May 2026
154
15:31 / 12 May 2026
98
15:30 / 12 May 2026
997
15:26 / 12 May 2026
598
15:15 / 12 May 2026
119
15:04 / 12 May 2026
92
14:55 / 12 May 2026
90
14:50 / 12 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.