Prezident və xanımı da iştirak edir: Azərbaycanın COP31-ə verdiyi töhfə – Deputatdan AÇIQLAMA
11 Noyabr 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
693
11.05.2026, 23:24
Dünyanın bir sıra aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar.
Oxu24.com xəbər verir ki, materiallarda əsas diqqət dövlət başçısının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Avropa İttifaqının (Aİ) missiyası və Qərb ölkələrinin regiona münasibəti ilə bağlı səsləndirdiyi əsas bəyanatlara, eləcə də işğaldan azad edilən ərazilərin bərpası, Zəngilanda aqrar və infrastruktur layihələrinin inkişafı ilə bağlı fikirlərinə yönəldilib.
Rusiyanın RBK, "Vedomosti", "Rossiyskaya qazeta", "İzvestiya", RT, REGNUM, "Komsomolskaya pravda", "Moskovski komsomolets", "Vzqlyad", RTVI, Life, URA.RU, Lenta.ru, "Arqumentı i faktı" və digər Rusiya nəşrləri dövlət başçısının İrəvanda keçirilən sammit zamanı Avropa liderlərinin səsləndirdiyi bəyanatları "boş söz" adlandırması ilə bağlı fikirlərinə geniş yer veriblər. Media orqanları, həmçinin Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçilərini tənqid etməsinə diqqət yetiriblər.
Rusiya mediası Prezident İlham Əliyevin Aİ missiyasının real effektivliyini şübhə altına aldığını vurğulayaraq, Avropa müşahidəçilərinin ilk ciddi təhlükə zamanı ərazini tərk edəcəkləri ilə bağlı fikirlərini ön plana çıxarıb. Bir sıra nəşrlər dövlət başçısının regionda sülhün müəllifi və təminatçısının məhz Azərbaycanın olması barədə bəyanatını xüsusi qeyd ediblər.
Nəşrlər, həmçinin Prezident İlham Əliyevin regional təhlükəsizlik və postmüharibə nizamlanması məsələləri ilə bağlı mövqeyini geniş işıqlandıraraq, Bakının Cənubi Qafqazda sabitliyi müstəqil şəkildə təmin etmək imkanlarına malik olduğunu vurğulayıblar. Materiallarda dövlət başçısının bəyanatlarının Rusiya media məkanında geniş rezonans doğurduğu və günün ən çox müzakirə olunan mövzularından birinə çevrildiyi qeyd olunur.
Türkiyə mətbuatı da Prezident İlham Əliyevin Zəngilan səfərini diqqətdə saxlayıb. "Haber Global" kanalı Prezident İlham Əliyevin şəhərin ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü barədə material yayıb. Nəşrdə dövlət başçısının Ümummilli Lider Heydər Əliyevin işğal altında olan torpaqların azad edilməsi ilə bağlı vəsiyyətinin yerinə yetirildiyi barədə sözləri təqdim olunur.
"Bursa Hakimiyet" də dövlət başçısının Zəngilandakı çıxışına diqqət ayırıb. Materialda bildirilir ki, İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, vətəndaş qarşıdurmasının dayandırılmasında və sabitliyin təmin olunmasında rolunu xatırladıb. Bu isə sonradan ölkənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb.
Zəngilanın bərpası və inkişafı mövzusunu "Anadolu" agentliyi davam etdirib. Dövlət başçısının sözlərinə görə, Zəngilanda yaradılan "Dost Agropark" işğaldan azad edilən ərazilərdə ilk kənd təsərrüfatı müəssisəsidir.
Regiondakı nəqliyyat layihələrinə toxunan Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə - təxminən bir il və ya il yarımdan sonra Bakıdan Zəngilana dəmir yolu ilə getmək mümkün olacaq.
"Son Dakika" da Zəngilanda kənd təsərrüfatı və bərpa işləri barədə material yayıb. Nəşrdə qeyd olunur ki, Prezident İlham Əliyev şəhərin ilk yaşayış kompleksinə köçən ailələrə açarlar təqdim edib, həmçinin mənzil layihələrinin icrası və aqroparkın inkişafı barədə danışıb.
Gürcüstanın aparıcı informasiya portalları, televiziyaları da Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar.
Interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyi və Ermənistan ilə bağlı fikirlərinə geniş yer ayırıb. Gürcü mətbuatı dövlət başçısının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçiləri ilə bağlı tənqidi fikirlərini də oxuculara çatdırıb.
Belarusun "Sputnik Belarus" nəşri Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki müşahidə missiyası ilə bağlı sözlərinə diqqət çəkib. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Bakının "Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq" niyyəti olmayıb. Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, avropalı müşahidəçilər elə davranırlar ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar, halbuki buna heç bir ehtiyac yoxdur.
Qazaxıstanın Lada.kz nəşri də bu mövzunu davam etdirərək, Azərbaycan Prezidentinin Aİ müşahidə missiyasını tənqid etməsinə dair material yayıb. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Aİ nümayəndələri sadəcə təhlükəsizlik görüntüsü yaradırlar, halbuki Bakı tərəfindən real təhlükə yoxdur.
Almaniyanın "NEX24" nəşri də eyni mövzunu işıqlandıraraq yazır ki, İlham Əliyev Aİ-nin Ermənistandakı müşahidəçilərini tənqid edib. Materialda dövlət başçısının Ermənistanı Azərbaycandan qorumağa ehtiyac olmadığı barədə fikirləri də yer alıb.
Farsdilli "Khabar Nab" və "Khabarpu" portalları Ermənistandakı siyasi qüvvələr mövzusuna toxunublar. Materiallarda Prezident İlham Əliyevin Ermənistan cəmiyyətində Azərbaycana nifrət bəsləyən qüvvələrə münasibətdə ayıq-sayıq olmağa çağırışı yer alıb. "Khabar Nab", həmçinin dövlət başçısının Azərbaycan torpağının hər qarışının Azərbaycan xalqına məxsus olması barədə sözlərini təqdim edib. Təhlükəsizlik və Ermənistan-Azərbaycan gündəliyi ilə yanaşı, Türkiyə KİV-ləri dövlət başçısının Zəngilandakı çıxışına və keçmiş məcburi köçkünlərin geri qayıdışına da diqqət ayırıb.
"Shafaqna" beynəlxalq informasiya agentliyinin farsdilli versiyası da Azərbaycan Prezidentinin Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı bəyanatlarına diqqət ayırıb. Materialda bildirilir ki, dövlət başçısı Ermənistanla sərhəd boyunca fəaliyyət göstərən Aİ müşahidəçilərini tənqid edərək, onların elə davrandıqlarını bildirib ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar.






22:38 / 11 Noyabr 2026
17
22:32 / 11 Noyabr 2026
31
22:31 / 11 Noyabr 2026
39
22:26 / 11 Noyabr 2026
5972
22:22 / 11 Noyabr 2026
43
22:20 / 11 Noyabr 2026
46
22:15 / 11 Noyabr 2026
436
22:11 / 11 Noyabr 2026
68
22:07 / 11 Noyabr 2026
78
22:06 / 11 Noyabr 2026
76
21:59 / 11 Noyabr 2026
110
21:45 / 11 Noyabr 2026
81
21:14 / 11 Noyabr 2026
585
21:08 / 11 Noyabr 2026
363
21:05 / 11 Noyabr 2026
111
20:58 / 11 Noyabr 2026
119
20:49 / 11 Noyabr 2026
576
20:47 / 11 Noyabr 2026
103
20:28 / 11 Noyabr 2026
107
20:22 / 11 Noyabr 2026
125
20:19 / 11 Noyabr 2026
106
20:08 / 11 Noyabr 2026
106
19:57 / 11 Noyabr 2026
573
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.