Prezident və xanımı da iştirak edir: Azərbaycanın COP31-ə verdiyi töhfə – Deputatdan AÇIQLAMA
11 Noyabr 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
642
11.05.2026, 14:52
“Ermənistandakı canilər, separatçılar və radikallar seçkilərdən əvvəl fəallaşıblar, ittifaq yaradırlar”.
Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşündə səsləndirdiyi fikirləri Teleqraf-a şərh edən politoloq Elxan Şahinoğlu belə deyib.
Ekspert bildirib ki, həmin radikal qüvvələr Rusiyadan da dəstək alır və Azərbaycan əleyhinə açıqlamalar verirlər:
“Yenə də çıxışlarında “Artsax” ifadəsinə yer verirlər. Düzdür, “müharibə” sözünü işlətməkdən qorxurlar, amma söyləyirlər ki, guya bu şərtlərlə Azərbaycanla sülh sazişinin imzalanması doğru deyil, Ermənistanın öz şərtləri olmalıdır. Buna görə də, Prezident İlham Əliyev haqlı olaraq xəbərdarlıq edir, həm də erməni cəmiyyətinə mesaj göndərir ki, bu radikallar seçilsələr və dediklərini etməyə başlasalar, sizi ağır günlər gözləyir. Bu o mesajdır ki, biz müharibə istəmirik, amma yenə də təxribat olarsa, buna məcbur olacağıq, nəticədə övladlarınızı və ərazilərinizi itirəcəksiniz. Ciddi mesajdır, həm radikallara, həm də erməni cəmiyyətinə yönəlib.
Erməni cəmiyyəti doğru qərar verməlidir. Nikol Paşinyanın özü də bu istiqamətdə açıqlamalar verir. Paşinyan artıq bəyan edib ki, radikallar Ermənistanda hakimiyyətə gəlsələr, müharibə təzədən başlayacaq. İndi erməni cəmiyyəti duruma uyğun seçimini etməlidir: Azərbaycan və Türkiyə ilə əməkdaşlığı - sülhü, yoxsa bu radikalları seçəcək? Sonuncunu seçsələr, müharibə və ağır itkilərlə üzləşəcəklər”.
Ermənistan cəmiyyətinin iyunun 7-də keçiriləcək parlament seçkilərində mümkün seçiminə gəlincə, Elxan Şahinoğlu vurğulayıb:
“Hazırda seçki kampaniyası gedir, seçki iştirakçıları şəhər və kəndlərdə vətəndaşlarla görüşürlər. Belə bir yanlış görüntü də yaradıla bilər ki, guya radikallara dəstək var, mitinqlərə kimlərsə qatılır, amma susqun çoxluq da var. Həmin kəsim hələ qərar verməyib. Onların bir hissəsi yola Paşinyanla davam etmək istəyir, çünki müharibə istəmir.
Rəy sorğularına görə, cəmiyyətin 25-30 faizi hələ qərar verməyib. Seçkilərin nəticələri onlardan asılı olacaq. Məntiqləri varsa, Paşinyanla yola davam edərlər, amma erməni cəmiyyəti hələ də köhnə xəstəliyindən qurtulmayıbsa, onda radikalları seçəcək. Bu halda bölgənin yenidən müharibəyə sürüklənəcəyini proqnozlaşdırmaq olar”.
Azərbaycan dövlət başçısı Zəngilan sakinləri ilə görüşdə bəyan etmişdi ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsələr, o zaman Ermənistan xalqının başı dərddə olacaq.
“Biz bizə məxsus olan torpaqlarımızı işğalçılardan qan tökərək azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bütün hərbçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə həm iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər, ləyaqət göstərmişik. Məhz buna görə bu gün Azərbaycana əvvəlki dövrdə olan hörmət bəlkə də birə-on artdı”.
22:55 / 11 Noyabr 2026
11
22:38 / 11 Noyabr 2026
71
22:31 / 11 Noyabr 2026
57
22:26 / 11 Noyabr 2026
5988
22:22 / 11 Noyabr 2026
65
22:20 / 11 Noyabr 2026
63
22:15 / 11 Noyabr 2026
716
22:11 / 11 Noyabr 2026
76
22:07 / 11 Noyabr 2026
85
22:06 / 11 Noyabr 2026
84
21:59 / 11 Noyabr 2026
121
21:45 / 11 Noyabr 2026
86
21:14 / 11 Noyabr 2026
723
21:08 / 11 Noyabr 2026
409
21:05 / 11 Noyabr 2026
114
20:58 / 11 Noyabr 2026
123
20:49 / 11 Noyabr 2026
594
20:47 / 11 Noyabr 2026
107
20:28 / 11 Noyabr 2026
110
20:22 / 11 Noyabr 2026
129
20:19 / 11 Noyabr 2026
111
20:08 / 11 Noyabr 2026
110
19:57 / 11 Noyabr 2026
594
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.