Prezident və xanımı da iştirak edir: Azərbaycanın COP31-ə verdiyi töhfə – Deputatdan AÇIQLAMA
11 Noyabr 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1005
11.05.2026, 14:47
Oxu24.com xəbər verir ki, yaxın günlərdə Ərdəbil əyalətinin tacirləri, iş adamları və icraedici qurum rəhbərlərindən ibarət geniş tərkibli iqtisadi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeganə bildirib ki, səfərin əsas məqsədi malların idxal-ixracı və ticarət əlaqələrinin daha da genişləndirilməsi istiqamətində lazımi məsləhətləşmələr aparmaqdır.
Bu görüşlərdən nə gözlənilir?
Məsələ ilə bağlı iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Oxu24.com-a öz fikirlərini bölüşüb.
O, bu növ regional əməkdaşlıqların əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycan hər zaman qonşu ölkələrin müxtəlif əyalətləri ilə birbaşa iqtisadi təmaslara önəm verir:
“Azərbaycan Türkiyə, Rusiya və İranın müxtəlif vilayətləri ilə, o cümlədən İranın Qərbi Azərbaycan və digər ostanları ilə mütəmadi olaraq ikitərəfli görüşlər keçirir. Bu görüşlərdə əsasən qarşılıqlı investisiya qoyuluşu və ticarət dövriyyəsinin artırılması müzakirə mövzusu olur”.
Ruslan Atakişiyev qeyd edib ki, bu cür görüşlərin keçirilməsi dərhal bazarda kəskin qiymət dəyişikliyinə səbəb olmasa da, uzunmüddətli perspektivdə müsbət dinamika vəd edir:
“Bu səfərlər mövcud problemlərin aradan qaldırılması və yeni iqtisadi əlaqələrin formalaşmasına xidmət edir. Görüşlər çərçivəsində əldə olunan razılaşmalar gələcəkdə malların gediş-gəlişini asanlaşdıracaq və ticarət dövriyyəsini artıracaq. Regional əməkdaşlığın güclənməsi hər iki tərəf üçün mal mübadiləsinin daha effektiv təşkilinə töhfə verəcək”.
Ekspertin sözlərinə görə, bu tipli iqtisadi missiyalar Azərbaycan və İran arasındakı iqtisadi bağların daha da möhkəmlənməsində mühüm rol oynayacaq.
Çimnaz Telmanqızı
22:55 / 11 Noyabr 2026
11
22:38 / 11 Noyabr 2026
71
22:31 / 11 Noyabr 2026
57
22:26 / 11 Noyabr 2026
5988
22:22 / 11 Noyabr 2026
65
22:20 / 11 Noyabr 2026
63
22:15 / 11 Noyabr 2026
716
22:11 / 11 Noyabr 2026
76
22:07 / 11 Noyabr 2026
85
22:06 / 11 Noyabr 2026
84
21:59 / 11 Noyabr 2026
121
21:45 / 11 Noyabr 2026
86
21:14 / 11 Noyabr 2026
723
21:08 / 11 Noyabr 2026
409
21:05 / 11 Noyabr 2026
114
20:58 / 11 Noyabr 2026
123
20:49 / 11 Noyabr 2026
594
20:47 / 11 Noyabr 2026
107
20:28 / 11 Noyabr 2026
110
20:22 / 11 Noyabr 2026
129
20:19 / 11 Noyabr 2026
111
20:08 / 11 Noyabr 2026
110
19:57 / 11 Noyabr 2026
594
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.