Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir
13 Noyabr 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
932
26.02.2026, 22:31
“Azərbaycanlı tərəfdaşlarımızın diqqətini ötən il 30 iyun – 1 iyul tarixləri arasında Bakıda saxlanılan Rusiya vətəndaşlarının vaxtından əvvəl azadlığa buraxılması və vətənlərinə qaytarılmasının zəruriliyinə cəlb edirik”.
Oxu24.com xəbər verir ki, bu sözləri fevralın 26-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib.
“Biz, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətləri ilə bağlı informasiya bazasını təkmilləşdirməyi təcili hesab edirik. Və əlbəttə ki, bu, daha məhsuldar dialoqa kömək edərdi”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yekunlaşdırıb.
Zaxarova təxminən bir həftə əvvəl , fevralın 18-də 11 Rusiya vətəndaşının həbsi ilə bağlı eyni məzmunda fikirlər səsləndirmişdi.
Qeyd edək ki, az öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin eyni mövqeyi ifadə eləmişdi. Rusiya rəsmiləri az qala, hər həftə Bakıya bu tələb-çağırışı edir. Hətta rəsmi Moskva bunu münasibətlərin yaxşılaşması üçün prioritet şərt kimi irəli sürür.
Rusiya təyyarəni vurmaqla 38 nəfərin ölümünə səbəb olub. 38 həyatı geri qaytarmaq mümkün deyil. Amma vurulan zərəri ödəmək Rusiyanın borcudur. Ancaq Moskva tələbimizi yerinə yetirmək əvəzinə, həyasızcasına 11 rusiyalını tələb edir.
Bakıdan jest gözləyən Kreml özünün qondarma cinayət işi ilə Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinskini 23 və onunla birlikdə həbs olunan Səfərov qardaşlarından Aqifi 23, Ayazı 22, Kamalı 18, Bəki və Məzahiri isə 13 il müddətinə həbs cəzasına məhkum edəcəyi gözlənilir. Bundan başqa Şucayəddin Rəcəbov üçün 15 il həbs cəzası istənilib.
Xatırladaq ki, Bakıda saxlanılan rusiyalılar Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılıb.\\Musavat.com
19:41 / 13 Noyabr 2026
1
19:38 / 13 Noyabr 2026
37
19:35 / 13 Noyabr 2026
18
19:30 / 13 Noyabr 2026
91
19:28 / 13 Noyabr 2026
38
19:23 / 13 Noyabr 2026
50
19:05 / 13 Noyabr 2026
57
18:59 / 13 Noyabr 2026
63
18:59 / 13 Noyabr 2026
73
18:50 / 13 Noyabr 2026
76
18:38 / 13 Noyabr 2026
91
18:31 / 13 Noyabr 2026
81
18:26 / 13 Noyabr 2026
81
18:15 / 13 Noyabr 2026
92
18:04 / 13 Noyabr 2026
316
17:59 / 13 Noyabr 2026
101
17:46 / 13 Noyabr 2026
111
17:30 / 13 Noyabr 2026
100
17:18 / 13 Noyabr 2026
95
17:13 / 13 Noyabr 2026
313
17:07 / 13 Noyabr 2026
103
16:59 / 13 Noyabr 2026
103
16:51 / 13 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.