Tramp İrana verdiyi möhləti daha iki gün uzadıb
05 Aprel 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
589
23.02.2026, 12:44
Maliyyə Nazirliyi ölkədə fəaliyyətdə olan Publik Hüquqi Şəxslərə (PHŞ) köçürülən büdcə vəsaitlərinin bir hissəsini bloklayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Gununsesi.info-ya hökumətdəki mənbələrdən məlumat verilib. Qeyd olunur ki, nazirlik bu qurumların özünümaliyyələşdirmə mənbələrinin olmamasını əsas gətirərək, bu addımı atıb.
Xatırladaq ki, iki gün əvvəl Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili ilə bağlı Fərman imzalayıb. Fərmanla Sosial Tədqiqatlar Mərkəzi və Beynəlxalq Multukulturalizm Mərkəzi ləğv olunaraq adı qeyd olunan təsisatlara birləşdirilib.
Mənbə bildirib ki, bu, ölkədə aparılan institusional islahatlar dövlət idarəçiliyinin modernləşdirilməsinin əsas istiqamətini təşkil edir. Prezidentin imzaladığı Fərman da məhz bu islahatlar çərçivəsində atılan növbəti addımdır.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, qarşıdakı dövrdə ölkədə fəaliyyət göstərən PHŞ-lərin əksəriyyəti ləğv ediləcək və ya digərləri ilə birləşdiriləcək.
Azərbaycanda Prezident tərəfindən yaradılan, Nazirlər Kabinetinin, müxtəlif nazirlik və komitələrin nəzdində fəaliyyət göstərən nə az, nə çox 540 publik-hüquqi şəxs var. Onların çox az qismi öz xərclərini ödəyir. Məsələn, Dövlət İmtahan Mərkəzinin xərclərinin əhəmiyyətli hissəsi öz gəlirlərindən formalaşır. Amma əksər qurumlar birbaşa və dolayı olaraq dövlət büdcəsi hesabına ayaqda qalır. Mənbə vurğulayır ki, islahatlar çərçivəsində azı 300 PHŞ ya ləğv olunacaq, ya da digər qurumlara birləşdiriləcək.
Həmçinin onların maliyyə mexanizmlərinin təkmilləşdirilməsi, büdcədən asılılığının aradan qaldırlması ilə bağlı da addımlar atılacaq. Bu sırada büdcədən ayrılan vəsaitlərin azaldılması, PHŞ-lərin maliyyə mənbələri ilə bağlı yeni səalhiyyətlərin verilməsi də gözləniləndir.
Qeyd edək ki, Azərbaycanda publik hüquqi şəxslər (PHŞ) dövlət tərəfindən yaradılan, lakin müəyyən müstəqil idarəetmə və maliyyə səlahiyyətlərinə malik qurumlardır. Onların fəaliyyəti əsasən “Publik hüquqi şəxslər haqqında” Qanun və digər normativ aktlarla tənzimlənir.
Publik hüquqi şəxs – dövlət və ya bələdiyyə tərəfindən ictimai əhəmiyyətli funksiyaları yerinə yetirmək üçün yaradılan, lakin klassik büdcə təşkilatı olmayan qurumdur. Məsələn, bəzi agentliklər, fondlar, tənzimləyici qurumlar bu statusa malikdir.
PHŞ-lərin maliyyə mənbələri adətən qarışıq model əsasında formalaşır:
Dövlət büdcəsi vəsaiti
Həmçinin oxuyun
A) Bir çox PHŞ ilkin mərhələdə və ya strateji fəaliyyətə görə dövlət büdcəsindən subsidiya və ya dotasiya alır. Xüsusilə sosial və ya tənzimləyici funksiyalar daşıyan qurumlar üçün bu vacibdir.
B) Xidmət haqları və ödənişlər (əsas özünü maliyyələşdirmə aləti)
Əsas mexanizm budur. PHŞ:
göstərdiyi xidmətlərə görə rüsum və ya xidmət haqqı alır;
sertifikat, lisenziya, icazə, qeydiyyat, akkreditasiya və s. üzrə ödənişlər toplayır;
ekspertiza və konsultasiya xidmətləri göstərə bilər.
Bu vəsaitlər qurumun hesabına daxil olur və fəaliyyət xərclərinin qarşılanmasına yönəldilir.
C) Qrant və beynəlxalq maliyyə
Beynəlxalq təşkilatlardan qrant və layihə maliyyəsi ala bilərlər. Donor proqramları çərçivəsində texniki yardım və maliyyə dəstəyi mümkündür.
D) Digər qanuni gəlirlər
İcarə gəlirləri
Cərimələrin müəyyən hissəsi (əgər qanunla nəzərdə tutulubsa)
İnformasiya xidmətləri və s.
Maliyyə müstəqilliyi səviyyəsi
PHŞ-lər:
Öz büdcəsini özü formalaşdırır;
Gəlir və xərclərini təsdiq olunmuş maliyyə planı əsasında idarə edir;
Dövlət büdcə təşkilatları kimi sərt xəzinə rejiminə tam tabe olmaya bilər (amma maliyyə nəzarəti qalır).
Bununla belə, Hesablama Palatası və digər nəzarət orqanları tərəfindən audit edilə bilirlər. Həmçinin, dövlətə məxsus aktivlər üzərində sərbəst mülkiyyət hüququna malik deyillər.
00:19 / 06 Aprel 2026
38
00:05 / 06 Aprel 2026
161
00:03 / 06 Aprel 2026
275
23:42 / 05 Aprel 2026
1
23:39 / 05 Aprel 2026
57
23:14 / 05 Aprel 2026
50
23:02 / 05 Aprel 2026
56
22:52 / 05 Aprel 2026
59
22:49 / 05 Aprel 2026
62
22:17 / 05 Aprel 2026
165
22:13 / 05 Aprel 2026
293
22:12 / 05 Aprel 2026
204
21:53 / 05 Aprel 2026
73
21:39 / 05 Aprel 2026
109
21:16 / 05 Aprel 2026
70
20:51 / 05 Aprel 2026
93
20:29 / 05 Aprel 2026
202
20:13 / 05 Aprel 2026
84
19:50 / 05 Aprel 2026
90
19:38 / 05 Aprel 2026
109
19:15 / 05 Aprel 2026
123
18:49 / 05 Aprel 2026
90
18:39 / 05 Aprel 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.