Prezident 4 sazişi TƏSDİQLƏDİ
14 Avqust 2025, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
SİYASƏT
393
04.05.2025, 10:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.
Oxu24.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qonağı qarşıladılar.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham Əliyev dedi:
-Zati-aliləri, xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Azərbaycana səfərə gəldiyinizə görə sağ olun. Siz Azərbaycanda birinci dəfə deyilsiniz. Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatirələrimiz var. Zaman sürətlə keçir. Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələr baş verib.
Xalqlarımız arasında münasibətlərə gəldikdə, məhz bu məsələdə hər şey sabitdir. Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbət, hörmət, qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsini təşkil edir. Əlbəttə, Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür. Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əks halda, heç bir inkişafdan söhbət gedə bilməz. Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir.
Sizinlə görüşmək, ünsiyyətdə olmaq bizim üçün həmişə xoşdur. Sizi Azərbaycanda səmimi-qəlbdən bir daha salamlayıram. Azərbaycan Sizin üçün yad ölkə deyil. Biz Sizin uzun illər ərzində Azərbaycan xalqının böyük dostu olduğunuzu bilirik. Siz həmişə sözdə və əməldə bizə hörmət göstərmisiniz və əminəm ki, bu müsbət dinamika gələcəkdə də qorunub saxlanılacaq.
Bir daha xoş gəlmisiniz!
X X X
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill dedi:
-Zati-aliləri möhtərəm cənab Prezident İlham Əliyev.
Möhtərəm Mehriban xanım.
Həmçinin oxuyun
Qarşınızda yəqin ki, öz İlahi missiyası ilə əlaqədar bütün dünya ölkələrinə səfər etmək imkanına malik olan insan əyləşib. Bu, müəyyən mənada xüsusi təcrübədir, həm də, sadəcə, müəyyən zaman ərzində deyil, tarix boyu səfər etmişəm. Yəni, məsələn, deyək ki, son 40 ildən artıq müddətdə Afrika, Asiya, Latın Amerikası, Avropa ölkələrindəki vəziyyəti müqayisə edə bilərəm. Ona görə də deyə bilərəm ki, insanlarla, dövlət xadimləri ilə ünsiyyətlə bağlı belə böyük təcrübə məndə müəyyən fikirlər, həyata, siyasətə baxış formalaşdırdı. Niyə gizlədim ki, hansısa ölkəyə gələndə, hətta dialoqa girəndə, dövlət başçıları ilə ünsiyyətdə olanda belə, özünü heç də həmişə rahat hiss etmirsən. Çünki elə məsələlər var ki, bəlkə də danışmaq və xatırlamaq da istəmirsiniz. O ki qaldı, Sizin mübarək ölkənizə, sanki buraya həmişə qanadlanıb uçursan.
Prezident İlham Əliyev: Sağ olun.
Patriarx Kirill: Əvvəla, zənnimcə, bu, Sizin şəxsiyyətinizlə və təbii ki, icazənizlə deyərdim – Sizin gözəl həyat yoldaşınızın şəxsiyyəti ilə bağlıdır. Bu, bir növ insani səmimiyyət, həqiqi dostluq hissidir. Bax bu, necə dəyərlər, qəlbi hərarətləndirir və hər zaman aramızda olan belə düzgün, etibarlı, dürüst dialoqa sövq edir.
Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin. Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözlər dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz. Bizim Prezidentimiz də siyasi jest naminə öz əqidəsini dəyişməyə meyilli deyil. O, ya susacaq, ya da düşündüyünü açıq şəkildə deyəcək.
Vladimir Vladimiroviçlə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlərində belə səmimi rəğbət və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərəm. Ona görə də ümid edirik ki, Siz bu əlamətdar tarixlə - dəhşətli düşmən üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvaya səfər edə biləcəksiniz.
X X X
Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirdi.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.
20:14 / 14 Avqust 2025
Ukrayna Rusiyada neft emalı zavodunu vurdu - VİDEO
15
19:00 / 14 Avqust 2025
Vüqar Tapdıqlı vəfat etdi
22
17:05 / 14 Avqust 2025
BMT məruzəçisi UEFA-nı İsraili turnirlərə qadağa qoymağa çağırıb
64
16:25 / 14 Avqust 2025
Zelenski NATO-nun hərbi yardımının miqdarını açıqlayıb
70
16:00 / 14 Avqust 2025
Ərdoğan Özgür Özeli məhkəməyə verib
161
15:57 / 14 Avqust 2025
Maduro yeni təhlükəsizlik əməliyyatı elan edib
72
15:53 / 14 Avqust 2025
Kapital Bank 5 nominasiyada “Stevie Awards” mükafatına layiq görülüb
87
15:50 / 14 Avqust 2025
Litva qoşunları Ukraynaya daxil olmağa hazırdır
81
15:48 / 14 Avqust 2025
Hollandiyada hava balonu qəzası: 1 ölü, 5 yaralı
67
15:19 / 14 Avqust 2025
Rusiyada uşaq bağçasına ildırım düşdü
72
15:12 / 14 Avqust 2025
DİN müraciət yaydı
232
14:55 / 14 Avqust 2025
İspaniyada güclü yanğın: Ölənlər var
80
14:40 / 14 Avqust 2025
Tramp-Putin görüşündən bir neçə saat əvvəl PUA hücumu başladı
897
14:37 / 14 Avqust 2025
Suriyada güclü partlayış olub
82
14:20 / 14 Avqust 2025
Prezident 4 sazişi TƏSDİQLƏDİ
299
14:11 / 14 Avqust 2025
Putinlə Trampın görüəcəyi yerlə bağlı AÇIQLAMA
285
13:59 / 14 Avqust 2025
Leysan olacaq — BU TARİXDƏ
582
13:30 / 14 Avqust 2025
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam imzaladı
903
13:23 / 14 Avqust 2025
Ucarda işıq niyə yoxdur?
352
13:12 / 14 Avqust 2025
Prezident SƏRƏNCAM İMZALADI
814
12:52 / 14 Avqust 2025
Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədrdən yeni layihə: Bu dəfə 267 min manatı...
568
12:50 / 14 Avqust 2025
Almaniya Ukraynaya 500 milyon dollar yardım edəcək
85
12:44 / 14 Avqust 2025
Ruslar araq içib öldülər
87
12:36 / 14 Avqust 2025
Bakıda qardaşlar HƏBS EDİLDİ
103
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.