Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq - SƏRƏNCAM
20 Avqust 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
678
02.05.2025, 20:46
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 1-də Hindistan-Pakistan gərginliyi barədə bəyanat yayıb. Bildirilib ki, Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur.
Azərbaycan XİN tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb: "Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik".
Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib:
"Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər".
Məlum olduğu kimi, Hindistanla Pakistan arasında münasibətlər bir neçə gündür gərgindir. Toqquşma hələ ki, davam edir. Gərginliyin daha genişmiqyaslı müharibəyə çevrilmək ehtimalı az olsa da var.
Oxu24.com xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov açıqlama verib:
"Türkiyə kimi Azərbaycan da tərəflər arasında gərginliyin artmasında maraqlı deyil. Çünki bu ssenari ciddi beynəlxalq təsirlər vəd etməklə yanaşı, həm də nüvə müharibəsi riskini artırır. Azərbaycanın bu mövqeyi nazirliyin açıqlamasında da aydın şəkildə göstərilib.
Rəsmi Bakı mövcud vəziyyətin həlli üçün beynəlxalq araşdırmaya ehtiyac olduğunu bildirir. Daha əvvəl Pakistan da beynəlxalq araşdırmaya ehtiyac olduğunu bildirmişdi. Amma Hindistan hələ ki, bu məsələyə isti yanaşmır. Bu, Dehlinin destruktiv mövqeyi kimi də qiymətləndirilə bilər. Azərbaycanın araşdırma tərəfdarı olduğu isə göstərir ki, Bakı İslamabadın mövqeyini dəstəkləyir.
Bəyanatda da göstərildiyi kimi, tərəflər arasında gərginliyin artması regional sabitlik və xalqların rifahı üçün təhlükəlidir. Rəsmi Bakı bunu nəzərə alaraq diplomatik səylərini davam etdirəcək. Amma əgər eskalasiya genişlənərsə, Bakı həm İslam Əmkdaşlıq Təşkilatı (İƏT) daxilindəki müttəfiqi, həm də ikitərəfli münasibətlərdə ciddi və mühüm tərəfdaş Pakistanın maraqlarını gözdən gəlməyəcək. Əksinə, Bakı lazım gəlsə, İslamabadı dəstəkləməkdən də çəkinməyəcək. Nəzərə almaq lazımdır ki, həm də xalqlar arasında münasibətlər bunu tələb edir".
O, qeyd edib ki, Azərbaycan öz mövqeyində Çinin maraqlarını, həmçinin Pekin- Dehli münasibətlərini də nəzərə alacaq. Rəsmi Bakı Pekinlə inkişaf edən münasibətlərini görməzdən gəlməyəcək.
"Azərbaycan ayrı- ayrılıqda həm Pakistanın, həm də Hindistanın Cənubi Qafqaza və Qarabağ məsələsinə mövqeyini nəzərə alacaq. Pakistandan fərqli olarq Hindistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü sual altına atıb. Hətta Hindistanın Ermənistanı silahlandırmasına dair də aydın məlumatlar var.
Əlbəttə, rəsmi Bakı gələcək addımlarında bu məqamların hər birini nəzərə alacaq".
00:06 / 21 Avqust 2026
75
00:02 / 21 Avqust 2026
86
23:56 / 20 Avqust 2026
125
23:51 / 20 Avqust 2026
88
23:30 / 20 Avqust 2026
625
23:29 / 20 Avqust 2026
59
23:29 / 20 Avqust 2026
72
23:11 / 20 Avqust 2026
443
22:55 / 20 Avqust 2026
108
22:02 / 20 Avqust 2026
116
21:50 / 20 Avqust 2026
71
21:38 / 20 Avqust 2026
93
21:24 / 20 Avqust 2026
197
20:56 / 20 Avqust 2026
93
20:20 / 20 Avqust 2026
67
20:05 / 20 Avqust 2026
95
19:43 / 20 Avqust 2026
90
19:29 / 20 Avqust 2026
81
19:09 / 20 Avqust 2026
130
18:58 / 20 Avqust 2026
165
18:49 / 20 Avqust 2026
115
18:41 / 20 Avqust 2026
88
18:35 / 20 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.