Bu gün Xankəndi, Xocalı və Ağdəyərə qayıdırlar
21 Avqust 2026, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
846
29.04.2025, 18:45
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.
Mərkəzin nizamnamə fondu 2.000.000 (iki milyon) manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.
Nazirlər Kabinetinə Mərkəzin Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, strukturunun təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin ləğvi və yenidən təşkili həvalə edilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən 1 (bir) gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Həmçinin İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Mərkəzin dövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumunun balansında olan dövlət əmlakının Mərkəzin balansına verilməsi üçün zəruri tədbirlər görməli, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, dövlət büdcəsindən dövlət sifarişi əsasında ayrılacaq məqsədli vəsaitin ödənilməsi üçün Mərkəzlə müqavilə bağlanılmasını təmin etməlidir.
09:35 / 21 Avqust 2026
3
09:33 / 21 Avqust 2026
16
09:19 / 21 Avqust 2026
36
09:05 / 21 Avqust 2026
45
09:03 / 21 Avqust 2026
43
09:00 / 21 Avqust 2026
43
08:58 / 21 Avqust 2026
44
00:06 / 21 Avqust 2026
127
00:02 / 21 Avqust 2026
142
23:56 / 20 Avqust 2026
200
23:51 / 20 Avqust 2026
146
23:30 / 20 Avqust 2026
908
23:29 / 20 Avqust 2026
112
23:29 / 20 Avqust 2026
124
23:11 / 20 Avqust 2026
685
22:55 / 20 Avqust 2026
124
22:02 / 20 Avqust 2026
129
21:50 / 20 Avqust 2026
80
21:38 / 20 Avqust 2026
104
21:24 / 20 Avqust 2026
210
20:56 / 20 Avqust 2026
106
20:20 / 20 Avqust 2026
77
20:05 / 20 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.