Qaynar xətt:

(+99450) 247 90 86

“Zelenskinin istefası Rusiyanın tələbi deyil” 

“Zelenskinin istefası Rusiyanın tələbi deyil” 

SİYASƏT

455

24.04.2025, 09:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Volodimir Zelenskinin istefası Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı tələbləri sırasında deyil". 

Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Fransanın "Le Point" nəşrinə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, bizim tələblərimizdən biri deyil, amma bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan Ukraynaya çıxıb onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərdilər", - o vurğulayıb.

Qeyd edək ki, 20 may 2024-cü ildə Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Ölkə konstitusiyasına görə, yeni dövlət başçısı seçilməli və and içməlidir, lakin Ukraynada hərbi vəziyyət hökm sürdüyü üçün seçkilər baş tutmayıb.