Qaynar xətt:

(+99450) 247 90 86

Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı 

Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı 

SİYASƏT

356

23.04.2025, 09:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Dövlət katibi Marko Rubio Volodimir Zelenskinin Krımla bağlı bəyanatından sonra sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.

Oxu24.com xəbər verir ki  bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır. 

Nəşr yazır ki, Zelenski jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.

Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək görüşdə ABŞ yeddi bəndlik həll planını təqdim edəcək.

Qeyd edək ki, iclasda  Böyük Britaniya Ukrayna, Fransa və Ukrayna nümayəndələri də iştirak edəcək.