Rusiya bu ticarət mərkəzinə zərbə endirib
21 Avqust 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
276
15.04.2025, 09:00
Keçmiş stüardessa Aleks Kuiqli hava nəqliyyatı ilə səyahət edən sərnişinlərə vacib xəbərdarlıq edib. O bildirib ki, uçuş zamanı təklif edilən bəzi yemək və içkilər sağlamlıq üçün risk yarada bilər.
Oxu24.com xəbər verir ki, "Təyyarədə içdiyiniz çay və ya qəhvənin arxasında hansı suyun istifadə edildiyini heç kim bilmir," - deyə Quigley "DailyMail"ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu içkilər uzun müddət təmizlənməyən su çənlərindən hazırlanır və bakteriyalar üçün ideal mühit yaradır.
Ət yeməkləri də risklidir. Quigley qeyd edir ki, təyyarələrdə ət məhsullarının düzgün saxlanmaması qida zəhərlənməsi riskini artırır. "Uçuşlar tez-tez gecikir, bu isə bişmiş yeməklərin təhlükəli hala gəlməsinə səbəb ola bilər," - deyə o xəbərdarlıq edib.
Süd məhsulları, paxlalılar, yağlı yeməklər, yaşıl tərəvəzlər və qazlı içkilər də təyyarədə çəkinməli qidalar arasında göstərilir. Onun fikrincə, bu məhsullar təyyarə salonunda havanın keyfiyyətini aşağı sala bilər.
Spirtli içkilərdən də uzaq durun. Stüardessanın sözlərinə görə, yüksəklikdə oksigen səviyyəsi azalır və bu, spirtin təsirini artırır. "Uçuş zamanı içki içməmək orqanizm üçün daha yaxşıdır," - deyə o vurğulayıb.
Qida təhlükəsizliyi üzrə ekspert Darin Detwiler də bu barədə xəbərdarlıq edərək bildirib ki, sərnişinlər hava səyahətində təqdim edilən qidalara qarşı daha diqqətli olmalıdırlar.
Səfərinizi sağlam və rahat keçirmək üçün, bu tövsiyələri nəzərə almaq tövsiyə olunur.
10:30 / 22 Avqust 2026
35
10:10 / 22 Avqust 2026
48
09:50 / 22 Avqust 2026
48
09:30 / 22 Avqust 2026
67
09:18 / 22 Avqust 2026
60
09:08 / 22 Avqust 2026
64
09:04 / 22 Avqust 2026
70
09:02 / 22 Avqust 2026
67
00:41 / 22 Avqust 2026
122
00:03 / 22 Avqust 2026
132
23:49 / 21 Avqust 2026
72
23:00 / 21 Avqust 2026
83
22:39 / 21 Avqust 2026
122
22:25 / 21 Avqust 2026
133
22:11 / 21 Avqust 2026
131
21:57 / 21 Avqust 2026
144
21:30 / 21 Avqust 2026
135
20:56 / 21 Avqust 2026
134
20:52 / 21 Avqust 2026
80
20:14 / 21 Avqust 2026
93
19:42 / 21 Avqust 2026
108
19:21 / 21 Avqust 2026
107
19:08 / 21 Avqust 2026
184
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.