Əli İnsanovun iki üzü: İllər öncə və indiki çıxışları (VİDEO)
11:3818 Mart, 2019
2579
SİYASƏT
A
Məşhur bir fikir var: Bir dəlilər, bir də ölülər öz fikirlərini dəyişmirlər.
Amma yerdə qalan hər kəs bir vaxtlar üstündə qətiyyətlə durduöu fikri dəyişə, qızğınlıqla müdafiə etdiyi mövqeyi tərk edə bilər.
Sabiq səhiyyə naziri və keçmiş siyasi dustaq Əli İnsanov da istisna olmadı, o da vəzifədən götürüldükdən və həbsxanaya salındıqdan sonra öz fikrini 180 dərəcə dəyişdi.
Bir zamanlar o, ölkədə azad seçki, demokratiya, insan haqlarına riayət tələb edən müxalifətçiləri "Qərbin agentləri", "faşistlər" adlandırır, parlamentin tribunasından çıxış edərək onların güllələnməli olduğunu deyirdi. Bu gün Əli İnsanov özü Qərb demokratiyasından və insan hüquqlarından, haqsızlıqdan bəhs edir.
Bu, paradoksal olduğu qədər də anlaşılandır. Çünki o vaxt nazir Əli İnsanov başqa bir mövqedəydi, iqtidar komandasının ən nüfuzlu beş adamından biriydi, müxalifləri komandasına və şəxsən özünə təhlükə sayırdı. Ancaq sonradan məlum oldu ki, onun üçün əsl təhlükə başqa yerdə gizlənirmiş - özünün hüdudsuz ambisiyalarında.
Bəs hansı Əli İnsanov səmimidir: demokratları repressiya etdirmək istəyən nazir Əli İnsanov, yoxsa indi demokratiyadan danışan sabiq dustaq Əli İnsanov? İkisinin də səmimi olması qeyri-mümkündür. Ancaq ikisinin də qeyri-səmimi olması tamamilə mümkündür.
Hər halda oxucu-tamaşaçılarımız bu videoya baxaraq 15-20 öncəki və indiki Əli İnsanovlardan hansının daha səmimi olduğunu özləri ayırd edə bilərlər.
ŞƏRHLƏR