Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
5634
23.02.2021, 13:33
Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib.
Oxu24.com Axar.az-a istinadla xəbər verir ki, AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib. Əməkdaşlara ötən gün bu barədə məlumat verilib.
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin sözlərinə görə, alimlər bağ sahələrinin əllərindən alınması tapşırığının birbaşa Ramiz Mehdiyevdən gəldiyini deyiblər və AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin müdiri Elton Məmmədov (sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar, bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədov, İşlər İdarəsi müdirinin keçmiş müavini Sərdar Əliyev və “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar:
“AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansında olan torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə verilib.
İki bölgü üzrə Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə təkminən 523 sahə verilib, müqavilələr bağlanılıb. AMEA-nın balansında olan həmin ərazinin sahəsi ümumilikdə 1800 hektardan çoxdur.
Həmçinin oxuyun
Müqaviləyə əsasən, ötən müddət ərzində AMEA əməkdaşlarının maaşından hər ay 15 manat çıxılıb. Yolların çəkilməsi üçün adambaşına 50 manat yığılıb. Sahələrin hasarlanması üçün hər bir əməkdaş təxminən 300-700 manat xərcləyib. Hətta 1000-1500 manat pul xərcləyən də var. Əməkdaşların əksəriyyəti bağ sahələrində ağac əkıb və ya əkin işləri görüblər.
Pandemiya ilə mübarizə dövründə Bakı və Abşeron sakinlərinin paytaxtdan çıxmasına qadağa qoyulduğuna görə, yəni obyektiv səbəblər ucbatından bağçılıq təsərrüfatlarında daha çox işlər görmək mümkün olmayıb.
Bağ sahələrinin hasarlanması, ağacların əkilməsi və s. işlərin görülməsi isə məhz AMEA Rəyasət Heyətinin İşlər İdarəsi, AMEA Azad Həmkarlar Təşkilatı tərəfindən təşviq edilib. İndi isə Ramiz Mehdiyevin göstərişi əsasında bağ sahələri əllərindən alınır”, - məlumatda bildirilib.
İddia edilib ki, hüquqları pozulan AMEA əməkdaşları kütləvi şəkildə məhkəmələrə müraciət etməyə, ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşır.
Yayılan məlumatla bağlı AMEA-ya sorğu verilib.
00:25 / 16 Dekabr 2025
42
00:14 / 16 Dekabr 2025
27
00:03 / 16 Dekabr 2025
24
23:55 / 15 Dekabr 2025
25
23:51 / 15 Dekabr 2025
276
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
38
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
46
22:09 / 15 Dekabr 2025
289
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1649
20:54 / 15 Dekabr 2025
104
20:38 / 15 Dekabr 2025
1375
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.