Qaynar xətt:

(+99450) 247 90 86

Xəstəxana var,həkim yox   —  Sakinlər nə etsinlər?

Xəstəxana var,həkim yox   —  Sakinlər nə etsinlər?

ŞİKAYƏTLƏR

1186

01.12.2025, 12:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tərtər Rayon Mərkəzi Xəstəxanasında həkim çatışmazlığı ciddi problemə çevrilib.

Oxu24.com  xəbər verir  ki,müasir tibbi avadanlıqlarla təchiz olunmasına baxmayaraq, Tərtər Rayon Mərkəzi Xəstəxanasında həkim çatışmazlığı səbəbindən ağır yaralıların əməliyyat olunması mümkün deyil. Bu isə rayon sakinlərini digər bölgələrə üz tutmağa məcbur edir.

121 çarpayılıq Tərtər Mərkəzi Rayon Xəstəxanası 2012-ci ildə əsaslı təmir edilərək istifadəyə verilib.

Lakin xəstəxanada ixtisaslaşmış həkimlərin olmaması səbəbindən yalnız ilkin tibbi yardım göstərilir.

Daha ciddi müdaxilə tələb edən xəstələr isə məcburi şəkildə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilir.

Oxu24.com-a danışan  sakinlərin sözlərinə görə, bu hal həm əlavə vaxt itkisinə, həm də xərclərin artmasına səbəb olur.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, onlara müraciət edənlərin sayı ildən-ilə artır. Bu artımın əsas səbəbi kimi isə Tərtərdə yaşanan həkim çatışmazlığı göstərilir.

Məsələ ilə bağlı TƏBİB-dən verilən açıqlamada qeyd olunub ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasına zəruri ixtisaslar üzrə həkimlərin cəlb edilməsi istiqamətində işlər aparılır. Hazırda xəstəxananın ən çox ehtiyac duyduğu mütəxəssislər sırasında müxtəlif sahələr üzrə cərrahlar, travmatoloq, uroloq, qastroenteroloq, kardioloq, hepatoloq, neyrocərrah, onkoloq, şüa diaqnostika (rentgen) üzrə həkim, nevropatoloq, pulmonoloq və anestezioloq yer alır.

Sakinlər isə illərdir davam edən bu problemin qısa zamanda həllini gözləyir.

Hazırladı: Nigarxanım

XƏBƏRDARLIQ!5 rayonda su olmayacaq

16:40 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

XƏBƏRDARLIQ!5 rayonda su olmayacaq

81

0
Bakıda ən çox əhali bu rayonda yaşayır

16:32 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda ən çox əhali bu rayonda yaşayır

190

0
Yaşlı ata övladını və gəlinini evindən çıxara bilərmi? — HÜQUQİ İZAH  

16:28 / 06 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Yaşlı ata övladını və gəlinini evindən çıxara bilərmi? — HÜQUQİ İZAH  

192

0
Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH 

16:25 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH 

66

0
DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq 

16:15 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq 

78

0
Kəmaləddin Heydərov onu vəzifədən AZAD ETDİ

16:09 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kəmaləddin Heydərov onu vəzifədən AZAD ETDİ

1028

0
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

16:07 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

73

0
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

15:57 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

67

0
Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

15:50 / 06 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

74

0
Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

15:44 / 06 Oktyabr 2026

TİBB TİBB

Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

90

0
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

15:39 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

83

0
Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

15:20 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

170

0