“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə
02 Oktyabr 2026, 09:39
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
867
15.12.2025, 23:28
Səməd Vurğunun "Komsomol" poeması və "7 oğul istərəm" filmində adı çəkilən Sarı Şəmistan əslində kimdir?
Oxu24.com xəbər verir ki, Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib.
1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olur.
1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınır.İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulur.
Zakaspi, Əndican və s. cəbhələrdəki döyüşlərdə iştirak edir. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışır.
Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə fəal iştirak edir. Onun cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi. Xalq Komissarları Şurası tərəfindən daim təqib edilirdi.
Nəhayət, Şəmistan Əyyubov, Azərbaycan SSRİ Fövqəladə Komissiyası tərəfindən həbs edilir. 3 aylıq həbsdən sonra azad olunsa da, "şübhəli ünsür" kimi partiyadan uzaqlaşdırılır. 1937-ci ilin repressiya dalğası komissar Şəmistan Əyyubovun da qapısını döyür.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası onu "əksinqilabçı-trotskiçi" və millətçilik fəaliyyətində günahlandırır və birinci kateqoriya ilə güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubov güllələnir.
Güllələndikdən sonra, SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə, Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır) "vətən xaini"nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir.4 uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu, 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər"("kimsəsizlər") saxlanılan koloniyaya göndərirlər...
Hazırladı: Tarixçi Namiq Həsənov
17:23 / 05 Oktyabr 2026
1
16:47 / 05 Oktyabr 2026
52
16:16 / 05 Oktyabr 2026
548
16:06 / 05 Oktyabr 2026
180
16:03 / 05 Oktyabr 2026
81
15:55 / 05 Oktyabr 2026
64
15:41 / 05 Oktyabr 2026
72
15:32 / 05 Oktyabr 2026
106
15:31 / 05 Oktyabr 2026
142
15:25 / 05 Oktyabr 2026
60
15:18 / 05 Oktyabr 2026
79
15:15 / 05 Oktyabr 2026
67
15:11 / 05 Oktyabr 2026
824
15:00 / 05 Oktyabr 2026
77
14:55 / 05 Oktyabr 2026
69
14:34 / 05 Oktyabr 2026
123
14:27 / 05 Oktyabr 2026
68
14:19 / 05 Oktyabr 2026
129
14:09 / 05 Oktyabr 2026
88
13:58 / 05 Oktyabr 2026
164
13:56 / 05 Oktyabr 2026
119
13:53 / 05 Oktyabr 2026
222
13:51 / 05 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.