Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2007
15.12.2025, 22:09
Son dövrlər vətəndaşlar arasında başqasının xahişi ilə öz adına bank krediti götürmək halları artmaqdadır. İlk baxışda sadə bir kömək kimi görünən bu addım sonradan ciddi maliyyə və hüquqi problemlərə yol aça bilər.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Elvin Səfərov bildirib ki, kredit müqaviləsində imza atan şəxs bank qarşısında tam məsuliyyət daşıyır və borcun qaytarılmaması halında bütün öhdəlik birbaşa onun üzərinə düşür.
Vəkil vətəndaşlara bankdan öz adına başqası üçün kredit götürməməyi tövsiyə edib.
“Dostunuza və yaxud hər-hansısa yaxınınıza bankdan kredit götürüb öz adınıza borc olaraq və ya kömək məqsədilə verirsiniz. Bəziləri hətta bunu faizə verirlər. Bu halda həmin şəxs pulu ödəmirsə, bank məcbur olub, yalnız sizi məhkəməyə verir. Qarşı tərəfin, yəni sizin borc verdiyiniz tərəfin bu vəziyyətdə banka qarşı heç bir məsuliyyəti yoxdur. Bank kredit müqaviləsinə imza çəkən kimi sizi tanıyır və buna görə də sizinlə bağlı məhkəmə qaydasında iddia qaldırır. Yaxud da notariusun icra qeydinin verilməsi üçün müraciət edir. Bəs bu halda nə etmək lazımdır?
Bu halda etməli olduğunuz şey, bilməlisiniz ki, birinci növbədə əgər kiməsə bankdan kredit götürüb vermisinizsə, həmin o məbləği digər şəxsə verməyinizi sübut edən əlinizdə hər-hansı sənəd, yazışma və ya səs yazısı olmalıdır ki, gələcəkdə belə bir problemlə üzləşdikdə həmin o verilmiş pulun digər üçüncü şəxsdən tələb olunması üçün məhkəmə qaydasında iddia qaldıra biləsiniz.
Başqa cür heç bir formada əgər sizin əlinizdə sübut yoxdursa, həmin üçüncü şəxsə bankdan kredit alıb-verməyinizi sübut edə bilməyəcəksiniz. Və bu vəziyyətdə o pulu sizin kimə verdiyiniz heç bir formada maraqlandırmır. Bank pulu sizə verib və sizdən tələb edir. Bunu mən demirəm, bunu qanun deyir!”,-deyə vəkil bildirib.
Çimnaz Telmanqızı
14:47 / 15 Noyabr 2026
21
14:34 / 15 Noyabr 2026
82
14:25 / 15 Noyabr 2026
71
14:19 / 15 Noyabr 2026
60
14:02 / 15 Noyabr 2026
221
13:27 / 15 Noyabr 2026
200
12:55 / 15 Noyabr 2026
1144
12:36 / 15 Noyabr 2026
305
12:28 / 15 Noyabr 2026
130
12:11 / 15 Noyabr 2026
123
11:52 / 15 Noyabr 2026
184
11:43 / 15 Noyabr 2026
118
11:29 / 15 Noyabr 2026
131
11:20 / 15 Noyabr 2026
119
11:20 / 15 Noyabr 2026
128
11:10 / 15 Noyabr 2026
122
11:07 / 15 Noyabr 2026
730
10:50 / 15 Noyabr 2026
129
10:25 / 15 Noyabr 2026
285
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
122
10:12 / 15 Noyabr 2026
149
09:35 / 15 Noyabr 2026
535
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.