Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1443
26.11.2025, 21:22
Naxçıvanda "Naxtel" mobil operatorun ləğv edilməsi bir sıra problemlərə yol açıb.
Oxu24.com xəbər verir ki,mobil operatorun ləğvindən sonra vətəndaşlar məcburiyyət qarşısında qalaraq nömrələrini başqa operatorlara yönləndirməli olublar. Bu zaman da bir sıra problemlərlə qarşılaşıblar.
Bununla bağlı sosial şəbəkələrdə bir neçə şikayət məzmunlu paylaşımlar da edilib.
Mobil operator istifadəçilərinin şikayətçi olduqları mobil operatorlardan biri də "Nar Mobile" şirkətidir.Bununla bağlı "Şikayətim var" qrupunda paylaşım edən istifadəçi şirkət əməkdaşlarının kobud rəftar etdiklərini bildirib.
"Naxçıvanda Naxtel mobil operatorun ləğv edilməsi ilə bağlı ilə bağlı nömrələrin daşınmasını təklif edirdilər. 2 gündür Nara bunla bağlı müraciət edirəm. Narın əməkdaşları çox pis rəftar edirlər nə qoca, nə qadın, nə cavan demirlər, hamısı ilə aqresiv və kobuddurlar. Hələ yalan da danışırlar. Naxçıvanda olan mərkəz bildirib ki, dünən və bu gün nömrə daşınması etmirik. Nar isə Naxçıvan filialında heç bir çətinlik olmadığını deyir. Filial işçilərinin yalan dedikləri üzlərindən bəlli olur. Nə edək ?? Şikayəti kimə etməliyik ?",-deyə istifadəçi yazıb.
Məlumat üçün qeyd edək ki,oxşar məzmunlu paylaşımlar digər istifadəçilər tərəfindən də olub.
Məsələ ilə bağlı “Nar Mobile” şirkətinin də mövqeyini təqdim edəcəyik.
Hazırladı: Nigarxanım
22:05 / 15 Noyabr 2026
152
21:57 / 15 Noyabr 2026
76
21:37 / 15 Noyabr 2026
578
21:07 / 15 Noyabr 2026
671
20:58 / 15 Noyabr 2026
397
20:55 / 15 Noyabr 2026
114
20:44 / 15 Noyabr 2026
249
20:39 / 15 Noyabr 2026
108
20:30 / 15 Noyabr 2026
130
20:09 / 15 Noyabr 2026
365
19:51 / 15 Noyabr 2026
394
19:37 / 15 Noyabr 2026
131
19:17 / 15 Noyabr 2026
138
19:09 / 15 Noyabr 2026
126
18:40 / 15 Noyabr 2026
143
18:05 / 15 Noyabr 2026
153
17:53 / 15 Noyabr 2026
1997
17:43 / 15 Noyabr 2026
789
17:16 / 15 Noyabr 2026
695
17:12 / 15 Noyabr 2026
4105
17:09 / 15 Noyabr 2026
129
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.