Məlahət Gözəlova rəis müavini təyin olundu
20 Fevral 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
574
15.12.2025, 21:45
Azərbaycanda qaz və elektrik enerjisi üzrə tətbiq olunan limit sistemi uzun illərdir ki, əhalinin ödəniş mexanizminin əsasını təşkil edir. Bu sistem istehlak həcminə görə diferensial tariflərin tətbiqini nəzərdə tutur və əsas məqsəd enerjidən səmərəli istifadənin təşviq edilməsi, eyni zamanda sosial balansın qorunmasıdır.
Qaz və işıq limitlərinin necə hesablanması və hansı qaydada yenilənməsi isə cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır.
Bununla bağlı NOCOMMENT.az-a danışan iqtisadçı Natiq Cəfərli uzun müddətdir ki, qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitli tarif sisteminin ləğv edilməsinin daha məqsədəuyğun olduğunu bildirir.
Onun fikrincə, mövcud limit mexanizmi enerjidən istifadəyə nəzarət etsə də, real bazar prinsiplərinə uyğun deyil və əhali üçün əlavə anlaşılmazlıq yaradır.
İqtisadçı hesab edir ki, vahid və şəffaf tarif modeli həm istehlakçılar, həm də enerji sektoru üçün daha sərfəli ola bilər:
“Hazırda qaz istehlakı illik limitlər əsasında hesablanır və il ərzində istifadə olunan ümumi qaz həcmi mərhələlər üzrə bölünərək fərqli tariflərlə ödənilir. İllik 1200 kubmetrə qədər olan istehlak güzəştli tariflə, 1200–2500 kubmetr arası daha yüksək tariflə, 2500 kubmetrdən yuxarı hissə isə ən baha tariflə hesablanır. Bu sistem ailələrin faktiki ehtiyaclarını hər zaman düzgün əks etdirmir və xüsusilə qazla isidilən evlər üçün əlavə maliyyə yükü yaradır.
Həmçinin oxuyun
Elektrik enerjisində tətbiq olunan aylıq limitlər də oxşar problemlər yaradır. Ay ərzində müəyyən həddə qədər olan istehlak aşağı tariflə, həmin həddi aşan hissə isə yüksək tariflə hesablanır”.
Natiq Cəfərli bildirir ki, aylıq limit sistemi mövsümi dəyişiklikləri – yayda kondisionerlərin, qışda isə elektrik qızdırıcılarının istifadəsini kifayət qədər nəzərə almır və nəticədə bəzi aylar üzrə ödənişlər kəskin artır.
İqtisadçı limitlərin “sıfırlanması” məsələsinə də münasibət bildirərək vurğulayır ki, bu anlayış tez-tez yanlış başa düşülür.
Onun sözlərinə görə, nə qazda, nə də işıqda sayğac göstəriciləri fiziki olaraq sıfırlanır. Sadəcə qaz üzrə illik limit hər il yanvarın 1-dən yenilənir, elektrik enerjisində isə limitlər hər ay üçün yenidən hesablanır. Bu, texniki deyil, yalnız tarif hesablaması ilə bağlı bir prosesdir.
İqtisadçı hesab edir ki, limitlərin ləğvi və vahid tarif modelinə keçid daha şəffaf və ədalətli yanaşma ola bilər:
“Belə bir model istehlakçının real sərfiyyatını daha düzgün əks etdirər və ödəniş mexanizmini sadələşdirər. Bu istiqamətdə atılacaq addımlar mərhələli şəkildə həyata keçirilməli və sosial həssas qrupların maraqları mütləq nəzərə alınmalıdır”.
19:25 / 20 Fevral 2026
8
19:15 / 20 Fevral 2026
26
19:06 / 20 Fevral 2026
26
18:59 / 20 Fevral 2026
28
18:57 / 20 Fevral 2026
37
18:47 / 20 Fevral 2026
35
18:29 / 20 Fevral 2026
35
18:05 / 20 Fevral 2026
44
17:54 / 20 Fevral 2026
61
17:45 / 20 Fevral 2026
42
17:34 / 20 Fevral 2026
177
17:26 / 20 Fevral 2026
59
17:21 / 20 Fevral 2026
62
17:19 / 20 Fevral 2026
101
17:16 / 20 Fevral 2026
162
17:09 / 20 Fevral 2026
61
17:08 / 20 Fevral 2026
57
17:05 / 20 Fevral 2026
67
17:00 / 20 Fevral 2026
61
16:54 / 20 Fevral 2026
898
16:52 / 20 Fevral 2026
79
16:44 / 20 Fevral 2026
1224
16:39 / 20 Fevral 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.