Sürücülərin DİQQƏTİNƏ!Avtomobildə bunu saxlayın,əks halda cəriməsi var
06 Yanvar 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
536
15.12.2025, 17:08
Vəkil Esmira Rzayeva Oxu24.com-a açıqlamasında bildirib ki, Əsas əmək məzuniyyəti – işçinin əmək müqaviləsində nəzərdə tutulmuş vəzifəsi üzrə hər il qanunla müəyyən edilmiş müddətdə istirahət hüququnu təmin edən ödənişli məzuniyyətdir.
Əsas əmək məzuniyyəti 21 təqvim günündən az olmamaqla verilir. 30 təqvim günü müddətində əsas məzuniyyət aşağıdakı kateqoriyalara şamil edilir:
Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər;
Məsul vəzifələrdə çalışan dövlət qulluqçuları, rəhbər şəxslər və mütəxəssislər;
Təhsil müəssisələrinin rəhbər və inzibati-tədris heyəti;
Təhsil və istehsalat sahəsində xüsusi vəzifə daşıyan şəxslər (metodistlər, ustalar, laborantlar və s.);
Elmi dərəcəsi olmayan elmi işçilər;
Həkimlər, orta tibb işçiləri və əczaçılar.
Əlavə məzuniyyətlər aşağıdakı hallarda tətbiq olunur:
Əmək şəraitinə və funksiyalara görə: Yeraltı, zərərli və ağır işlərdə çalışanlara – ən azı 6 təqvim günü;
Əmək stajına görə:
5 ildən 10 ilə qədər – 2 təqvim günü,
10 ildən 15 ilə qədər – 4 təqvim günü;
Ailəli şəxslər üçün:
14 yaşınadək iki uşağı olanlara – 2 təqvim günü,
Üç və daha çox uşağı, yaxud əlilliyi olan uşağı olanlara – 5 təqvim günü;
Təhsil və elm sahəsində çalışanlara: 56 təqvim günü;
İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə: Əlavə 5 təqvim günü;
Yaşı 16-dan az olanlara 42 təqvim günü, 16-18 yaş arası olanlara 35 təqvim günü;
Əlilliyi olan işçilərə: ən azı 42 təqvim günü;
Vətən müharibəsi və digər dövlət mükafatlarına layiq görülən şəxslərə: 46 təqvim günündən az olmayaraq;
Mədəniyyət və incəsənət sahəsi işçilərinə:
Bədii və artist heyətinə – 42 təqvim günü,
Səhnəyə xidmət edən işçilərə – 35 təqvim günü.
Məzuniyyət günləri təqvim günləri ilə hesablanır (bura şənbə, bazar daxildir). Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Yəni işçi məzuniyyətdə olarkən həmin dövrə rəsmi bayram günləri düşərsə, bu günlər məzuniyyət müddətindən çıxılır və işçinin məzuniyyətinə əlavə olunur.
Əgər məzuniyyət dövründə xəstəlik vərəqəsi açılarsa və bu rəsmi təsdiqlənərsə, həmin günlər məzuniyyət müddətinə daxil edilmir və məzuniyyətin qalan hissəsi sonradan istifadə oluna bilər. Əmək məzuniyyəti hüququ ən azı 6 ay işləmiş işçiyə verilir (istisnalar var).
İşçiyə məzuniyyət zamanı ödəniləcək əmək haqqı, bu hüququn hansı iş ili üçün təqdim edilməsindən asılı olmayaraq, məzuniyyətin başladığı tarixdən əvvəlki 12 təqvim ayı üzrə hesablanmış orta əmək haqqı əsasında müəyyən olunur. Əgər işçi müəssisədə hələ 12 tam ay çalışmayıbsa, bu halda onun işlədiyi dövr ərzindəki tam təqvim ayları əsas götürülür.
Orta əmək haqqının müəyyənləşdirilməsi üçün:
Məzuniyyətdən əvvəlki 12 ayın ümumi əmək haqqı məbləği toplanır;
Alınan rəqəm 12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən edilir;
Daha sonra bu məbləğ 30,4 (bir ayda orta təqvim günü sayı) göstəricisinə bölünərək bir günlük əmək haqqı hesablanır;
Bir günlük məbləğ işçiyə verilmiş məzuniyyətin təqvim günlərinin sayına vurulur.
Beləliklə, işçiyə ödəniləcək məzuniyyət pulu həm keçmiş dövrdə qazandığı gəlirə, həm də məzuniyyət günlərinin sayına uyğun şəkildə obyektiv hesablanır.
Həmçinin oxuyun
Bir işçi 2024-ci ilin mart ayında 21 təqvim günü müddətinə əsas əmək məzuniyyətinə çıxır. Rəsmi aylıq əmək haqqısı da **** manatdır. Həmin işçinin 2024-cü ilin mart ayından 2025-ci ilin fevral ayına qədər (yəni məzuniyyətdən əvvəlki 12 təqvim ayı ərzində) qazandığı ümumi əmək haqqı **,*** manat təşkil etmişdir.
Bu halda, işçiyə ödəniləcək məzuniyyət haqqı aşağıdakı qaydada hesablanır:
Əvvəlcə, 12 ay üzrə orta aylıq əmək haqqı müəyyən edilir:
**,*** manat ÷ 12 ay = *,*** manat
Sonra bir günlük əmək haqqı hesablanır:
*,*** manat ÷ **,* (orta aylıq təqvim günü) ≈ **,** manat
Nəhayət, 21 günlük məzuniyyət üçün ümumi məbləğ hesablanır:
**,** manat × 21 gün ≈ *,***,** manat
Nəticə olaraq, işçiyə 21 günlük məzuniyyət müddəti üçün *,***,** manat məbləğində məzuniyyət pulu ödənilməlidir.
Hazırladı: Miri Məcidli
11:28 / 07 Yanvar 2026
1
11:18 / 07 Yanvar 2026
15
11:18 / 07 Yanvar 2026
17
11:15 / 07 Yanvar 2026
23
11:14 / 07 Yanvar 2026
23
11:09 / 07 Yanvar 2026
21
11:05 / 07 Yanvar 2026
21
11:01 / 07 Yanvar 2026
25
10:57 / 07 Yanvar 2026
59
10:56 / 07 Yanvar 2026
25
10:52 / 07 Yanvar 2026
38
10:46 / 07 Yanvar 2026
67
10:40 / 07 Yanvar 2026
341
10:34 / 07 Yanvar 2026
36
10:32 / 07 Yanvar 2026
144
10:23 / 07 Yanvar 2026
36
10:21 / 07 Yanvar 2026
47
10:10 / 07 Yanvar 2026
43
10:05 / 07 Yanvar 2026
38
09:59 / 07 Yanvar 2026
37
09:54 / 07 Yanvar 2026
81
09:50 / 07 Yanvar 2026
34
08:37 / 07 Yanvar 2026
46
08:31 / 07 Yanvar 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.