Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılma və hüquqi nəticələr – Mütəxəssis açıqladı
15 May 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
797
15.12.2025, 16:26
Məzuniyyət nə vaxt yaranır, günlərinin sayı nə qədərdir?
Bu dəfə aktual mövzuya müraciət etdik.
Mövzu ilə bağlı Oxu24com-a açıqlamasında Vəkil Esmira Rzayeva bildirib ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.
Vəkilin sözlərinə görə,işçiyə 6 ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
1) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
2) sosial məzuniyyət;
3) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
4) ödənişsiz məzuniyyət.
Belə ki, əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.
Əmək məzuniyyətinin müddətləri Əmək Məcəlləsinin 114-121-ci maddələri ilə müəyyən olunur. Həmin maddələrdə əsasən, işçilərin əsas və əlavə məzuniyyətləri qeyd olunub.
Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.
İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Müəyyən növ işçilərə isə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilir.
Habelə, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə 6 təqvim günündən az olmayan əlavə məzuniyyətlər verilir.
Əmək stajından asılı olaraq işçilərə:
beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;
on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;
Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Eyni zamanda, uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin həmin bu nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə Əmək Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti – 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.
Habelə, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.
Hazırladı: Miri Məcidli
02:40 / 18 May 2026
70
02:18 / 18 May 2026
208
02:05 / 18 May 2026
275
01:43 / 18 May 2026
152
01:36 / 18 May 2026
458
01:33 / 18 May 2026
113
01:19 / 18 May 2026
313
01:17 / 18 May 2026
93
01:14 / 18 May 2026
85
19:32 / 17 May 2026
116
19:27 / 17 May 2026
144
19:12 / 17 May 2026
2659
19:02 / 17 May 2026
122
19:00 / 17 May 2026
117
18:43 / 17 May 2026
623
18:41 / 17 May 2026
111
18:39 / 17 May 2026
109
18:37 / 17 May 2026
113
18:35 / 17 May 2026
134
17:32 / 17 May 2026
255
17:28 / 17 May 2026
116
17:27 / 17 May 2026
114
17:25 / 17 May 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.