Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1205
07.03.2020, 10:15
Britaniyanın "Bloomberg” nəşri İngiltərədə yüksək səviyyəli korrupsiya işinin fiqurantları olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyeva haqqında geniş məqalə hazırlayıb.
Virtualaz.org-un məlumatına görə, nəşr qeyd edir ki, Britaniya müstəntiqləri Cahangir Hacıyevin çoxsaylı ofşor adaları vasitəsi ilə Azərbaycandan İngiltərəyə on milyonlarla dollar pul çıxardığını müəyyən ediblər.
2008-ci ildə Cahangir Hacıyevin rəsmi gəliri 70650 dollar olub, lakin buna baxmayaraq, o, İngiltərədə dörd böyük torpaq sahəsi əldə edib. Və onun "Gulfstream” təyyarəsinin qiyməti 42,5 milyon dollardır. Bundan əlavə, o, 13 milyon dollara bir qolf klubu və Sardiniyada villa alıb. Onun həyat yoldaşı isə "Harrods” ticarət mərkəzində 20 milyon dollar xərcləməsi ilə məşhur olub.
Britaniya müstəntiqləri əmindirlər ki, Cahangir Hacıyevin sərvəti 100 milyon dollardan çox olub. 2018-ci ildə istintaq orqanları Zamirə Hacıyevanın hesablarının dondurulmasına qərar verərək, vəsaitin mənşəyini izah etməyi tələb ediblər.
"Bloomberg” qeyd edir ki, Cahangir Hacıyevin aktivlərinin idarə olunmasında Werner Capital mühüm rol oynayıb. Onun lideri Tomas Mateos Wernerdir. O, MDB ölkələrindən gələn varlı ailələrə maliyyə xidmətləri göstərib.
Həmçinin oxuyun
Cahangir Hacıyevlə bağlı aparılan istintaq işlərində Sürixdə yerləşən EFG International AG özəl bankının və Cənubi Afrika Investec Ltd şirkətinin də adı çəkilir. Bu şirkətlərin adları azərbaycanlı bankirin apardığı maliyyə əməliyyatları ilə əlaqədar də xatırlanır.
Cahangir Hacıyev əvvəlcə müşavirinə 5 milyon dollar verib. Bu pulla İtaliyanın Sardiniya əyalətindəki Costa Smeralda-da bir villa alınıb. Bu əməliyyatda Cahangir Hacıyevin qızı Leyla Mahmudovanın (Eldar Mahmudovun gəlini) adı çəkilir. "Bloomberg” yazır ki, bu ərazidə yalnız milyarderlər yaşayırlar. Bu milyarderlər arasında ruslar daha çoxdur. Hətta iş o yerə çatıb ki, rus milyarderlərinin mənəvi ehtiyaclarını ödəyə bilmələri üçün orada onlar üçün bir Pravoslav kilsəsi tikilib.
Agentlik bildirir ki, bu işdə 59 yaşlı keçmiş məmur Xəqani Bəşirovun da adı çəkilir. Onun fransız pasportu var və o, Lüksemburqda yaşayır, amma Londonda da ofisi var. O, 2010-cu ildə Azərbaycan Beynəlxalq bankından götürülmüş 109 milyon dolları qaytarmadığı üçün həbs olunmuşdu, lakin beş ay sonra sərbəst buraxıldı. Xəqani Bəşirov on milyonlarla dolların Azərbaycandan çıxarılmasında iştirak edib.
Agentliyin məlumatında vurğulanır ki, İngiltərədə Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb. Onu yalnız Azərbaycan maliyyə fırıldaqlarında günahlandırır və Britaniyadan onu təhvil verməsini tələb edir. İngiltərə tərəfi isə ötən ilin sentyabrında bu məsələdə Azərbaycana rədd cavabı verib.
00:25 / 16 Dekabr 2025
168
00:14 / 16 Dekabr 2025
71
00:03 / 16 Dekabr 2025
62
23:55 / 15 Dekabr 2025
60
23:51 / 15 Dekabr 2025
492
23:45 / 15 Dekabr 2025
54
23:28 / 15 Dekabr 2025
73
23:25 / 15 Dekabr 2025
49
23:21 / 15 Dekabr 2025
109
23:14 / 15 Dekabr 2025
54
23:08 / 15 Dekabr 2025
67
23:02 / 15 Dekabr 2025
64
22:54 / 15 Dekabr 2025
53
22:49 / 15 Dekabr 2025
69
22:48 / 15 Dekabr 2025
57
22:31 / 15 Dekabr 2025
86
22:27 / 15 Dekabr 2025
64
22:09 / 15 Dekabr 2025
411
21:59 / 15 Dekabr 2025
69
21:45 / 15 Dekabr 2025
94
21:10 / 15 Dekabr 2025
1797
20:54 / 15 Dekabr 2025
120
20:38 / 15 Dekabr 2025
1550
20:16 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.