6 ildir mənzillərinə çıxarış ala bilmirlər – ŞİKAYƏT - VİDEO
05 Sentyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2132
12.04.2024, 11:59
"Aztelekom" MMC-dən şikayətlər bitmək bilmir.
Oxu24.com xəbər verir ki, bu dəfə ölkənin internet bazarında böyük hissəyə nəzarət edən "Aztelekom"-un internetin sürəti üzərində "oyunu"ndan şikayətlər var.Bir sıra abonentlər internetin sürətinin müqavilədə qeyd ediləndən aşağı olmasından şikayətlənir.
Ucar rayonu,Qarabörk kənd sakini Mircəlal Məcidovun sözlərinə görə, onunla bağlanmış müqavilədə aylıq internet paketi kağız üzərində 30 Mbit/s göstərilsə də, faktiki olaraq günün əksər saatlarında bu sürət dəfələrlə aşağı olur.
"Mənimlə bağlanan müqavilədə internetin sürəti aylıq 18 AZN ödəniş müqabilində 30 Mbit/s olmalı olduğu halda bu sürət verilmir. Bu səbəbdən də mən xidmətdən narazı olduğum üçün müqavilədən imtina etmək qərarına gəldim. Belə olan halda Aztelekom əməkdaşı mənə bildirdi ki, onlar məhkəməyə müraciət edəcək. Onlar bildirdilər ki, müqavilənin şərtlərinə görə mən 1 il müdətinə aylıq ödənişi məcburi şəkildə ödəməliyəm. Mən də sual verirəm ki, əgər Aztelekom üzərinə götürdüyü sürəti mənə vermirsə,mən hansı səbəbə həmin ödənişi onlara etməliyəm?"
Vətəndaşın sözlərinə görə, qeyd olunan özbaşnalığa görə "Aztelekom" MMC-dən məhkəməyə müraciət edəcək.
Qeyd olunan məsələlərlə bağlı "Aztelekom" MMC-nin rəsmi saytından müraciət ünvanlamaq istəsək də,qurumun saytının da işləmədiyinin şahidi olduq.

Ölkəni internetlə təmin etməyi üzərinə götürən qurumun öz saytına nəzarət edə bilməməsi vəziyyətin hansı səviyyədə olmasından xəbər verir.
Mövzunu davam etdirəcəyik.
Müəllif: Miri Məcidli
10:32 / 17 Sentyabr 2026
1
10:27 / 17 Sentyabr 2026
1177
10:26 / 17 Sentyabr 2026
19
10:22 / 17 Sentyabr 2026
5267
10:21 / 17 Sentyabr 2026
31
10:18 / 17 Sentyabr 2026
31
10:17 / 17 Sentyabr 2026
13127
10:11 / 17 Sentyabr 2026
40
10:09 / 17 Sentyabr 2026
35
10:07 / 17 Sentyabr 2026
36
10:03 / 17 Sentyabr 2026
40
09:55 / 17 Sentyabr 2026
47
09:39 / 17 Sentyabr 2026
61
09:28 / 17 Sentyabr 2026
436
09:25 / 17 Sentyabr 2026
53
08:55 / 17 Sentyabr 2026
77
08:22 / 17 Sentyabr 2026
180
02:18 / 17 Sentyabr 2026
209
01:15 / 17 Sentyabr 2026
426
01:01 / 17 Sentyabr 2026
125
00:50 / 17 Sentyabr 2026
182
00:19 / 17 Sentyabr 2026
115
00:15 / 17 Sentyabr 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.