Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana narkotik tərkibli həblər keçirən İran vətəndaşı barəsində qərar verilib 

Azərbaycana narkotik tərkibli həblər keçirən İran vətəndaşı barəsində qərar verilib 

CƏMİYYƏT

45

27.11.2026, 12:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İdarə etdiyi yük avtomobili ilə Azərbaycana gizli yolla tərkibində ümumi təsiredici miqdarı müəyyən edilməyən metadon həblərini keçirməkdə təqsirləndirilən İran vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu24.com xəbər verir ki, məhkəmə istintaqı zamanı təqsirləndirlən A.Z.-nin cinayət əməli sübuta yetirilib və o, 3 il müddətinə azadlıqdan məhrum edilib. A.Z. məhkəmə zalında həbs edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə, cəzasını başa vurduqdan sonra isə ölkədən deportasiya edilməsinə qərar verilib.

Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Apellyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü ləğv edib. Həbsdə olduğu müddət nəzərə alınmaqla, qəti olaraq 5 min manat cərimə cəzasına məhkum edilib və cəriməni ödədikdən sonra ölkəni tərk etməsi öhdəliyi qoyulub.

Ona Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.