9,55 % çoxdur - Pensiya və sosial yardımla bağlı AÇIQLAMA
27 Noyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
70
27.11.2026, 09:59
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Oxu24.com xəbər verir ki, sənədə əsasən, bundan sonra operativ vergi nəzarəti əmtəə təyinatlı yüklərin müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsi hallarının aşkar edilməsini də əhatə edəcək. Buna görə malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2 %-i qədər maliyyə sanksiyası tətbiq ediləcək.
Bu yeniliklər orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.
Bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirlərinin 50 % – 2027-ci il yanvarın 1-dən 3 il müddətində, hüquqi şəxslərin isə həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətində vergidən azad edilir.
Eyni zamanda, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-6 ekoloji normalarına cavab verən və istehsal tarixindən 7 ildən artıq müddət keçməyən dartıcıların, habelə istehsal tarixindən 7 ildən artıq müddət keçməyən qoşquların və yarımqoşquların idxalı – 2027-ci il fevralın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən, istehsal tarixindən 7 ildən artıq müddət keçməyən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qoşquların və yarımqoşquların idxalı isə 2027-ci il fevralın 1-dən 3 il müddətinə gömrük rüsumundan azad olunur.
10:07 / 27 Noyabr 2026
1
10:03 / 27 Noyabr 2026
64
09:55 / 27 Noyabr 2026
52
09:39 / 27 Noyabr 2026
250
09:35 / 27 Noyabr 2026
75
09:34 / 27 Noyabr 2026
83
09:24 / 27 Noyabr 2026
68
09:16 / 27 Noyabr 2026
219
09:13 / 27 Noyabr 2026
132
08:54 / 27 Noyabr 2026
114
00:18 / 27 Noyabr 2026
196
00:08 / 27 Noyabr 2026
206
23:54 / 26 Noyabr 2026
240
23:36 / 26 Noyabr 2026
212
23:22 / 26 Noyabr 2026
229
23:12 / 26 Noyabr 2026
359
23:02 / 26 Noyabr 2026
215
22:52 / 26 Noyabr 2026
211
22:51 / 26 Noyabr 2026
226
22:44 / 26 Noyabr 2026
379
22:42 / 26 Noyabr 2026
222
22:26 / 26 Noyabr 2026
247
22:22 / 26 Noyabr 2026
233
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.